Əlillik qüsur deyill!-Əlinin timsalında daha aydın dərk olunur

Məhdud sağlamlıq insan arzularının reallaşdırılmasında çətinliklərə yol açmaya bilməz. Xüsusilə, məşğuliyyəti fiziki zəhmət tələb edirsə, özünə inanmaq, stereotipləri qırmaq, həyata meydan oxumaq istəyi olmalıdır. Tərəddüd dolu: “Ətrafımdakılar nə deyəcək? Bacararammı? Birdən alınmasa?…” kimi suallarla işə başlayıb, uğur qazanmaq yalnız möhkəm iradənin, dözüm tələb edir.

Biləsuvarın Nərimankənd kəndindən olan 35 yaşl Əli Xaləddin oğlu Bayramlı anadan fiziki qüsurlu doğulub, 3 qrup əlildir. Onun qıçının birində anadangəlmə sümük natamamlığı var, topuğu yoxdur, pəncəsi üzərində yeriməyi öyrənib.

O, aztəmintlı ailədə böyüyüb, hələ uşaq yaşlarından fiziki zəhmət tələb olunan işlərdə işləyərək, ailəsinə dəstək olub. Əli deyir ki, 11 yaşımdan başlayaraq ehtiyacdan pul qazanıb valideynlərimə dəstək olmağı qarşıma məqsəd qoydum: “Bir müddət metal tullantıların alış-satışı ilə məşğul oldum. Bunun üçün kəndi piyada dolanaraq metal alırdım. Dostlarla yük boşaltmağa gedirdim. Sonradan usta yanında fəhləlik etməyə başaladım, işlədkcə peşəyə olan sonsuz marağım sənətin sirlərinə dərindən yiyələnməyə imkan verdi”.

Əli bayramlı artıq 15 ilə yaxındır ustalıq edir. O, gördüyü hər bir işin öhdəsindən mükəmməl gəlməyi bacarır, işində dəqiq və məhsuliyyətlidir. Bu illərdə qurub-yaratdığı çox sayda mənzilin elektrik xəttini çəkib, suvağın vurub, pol-tavanını işləyib, aboyunu, rəngini yüksək zövqlə görməyi bacarıb.

Əli əsl zəhmət adamıdır. O, fiziki qüsurlu olmasına baxmayaraq həyatda öz zəhməti hesabına ayaq üstdə qalmağı bacarıb. Arıq bədən quruluşlu bu gənci iş başında görərkən heyrətlənməyə bilməzsən, bu işləri o, necə bacarır..   “Əlillik qüsur deyil” deyimi Əlinin timsalında daha aydın və şübhəsiz dərk olunur.

Bu gün Əlinin özünü, sağlamlığını unutması da deməyi özümüzə borc bildik. Ondan soruşanda ki, bəs bu dərəcə özünə niyə laqeyitsən?…fikrə dalır: “Ailəmizdə ehtiyacların böyük olması, həyat yoldaşımın, övladımın davamlı xəstəlikləri özümü yaddan çıxardı, hələ də qazancımın əksər hissəsini banklara verirəm. Özüm hardan yada düşsün ki..”.

Qeyd edək ki, Əlinin işləyərkən yıxılması onun səhhətində əlavə, daha ciddi problemlərə yol açıb. Burnunun sınması nəfəs almasını olduqca çətinləşdirib. Bu travması onun şiddətli baş ağrılarına da səbəb olur. Deyir ki, xəstəxanaya müraciət etmişəm, mənim səhhətimdəki problemi aradan qaldırmaqdan ötrü həkim axatarışındayam:“İnşəllah, həkimlərimizdən biri bunu bonuna götürər, bu bəladan xilas olaram”.

Related posts