“Məktəbli innovativ mühəndislər” layihəsinin təqdimatı oldu

Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII Qrant Müsabiqəsinin qaliblərindən “Məktəbli innovativ mühəndislər” layihəsinin açılış mərasimi olub.

“Regionpress.az” xəbər verir ki, açılış tədbiri Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində baş tutub.

Tədbirdə layihə rəhbəri, layihənin idarə heyəti, təhsil işçiləri iştirak edib.

Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin təhsil işləri üzrə müavini Müşfiq Dadaşov, Bəydili kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, Əməkdar müəllim Aybəniz Əhədova, layihənin eksperti, Cəlilabad rayonu Günəşli kənd Əfilağa Həsənov adına 2 nömrəli tam orta məktəbin direktoru Elçin Abbasov, layihənin təlimçisi, Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin STEAM müəllimi Ruslan Həsənov və digərləri çıxış edərək layihənin şagirdlərimizə faydalı olacağından, kənd təsərrüfatında tətbiqlərinin faydalarından danışıblar.

Sonda layihə rəhbəri Vüsalə Pənahova layihə haqqında tədbir iştirakçılarına geniş məlumat verib.

Related posts

Leave a Comment