Məzunlardan 95 nəfəri məktəbi fərqlənmə attestatı ilə bitirib

 Cari tədis ilində Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərini bitirmiş məzunlara attestatlar təqdim olunub.

 “Regionpress.az” xəbər verir ki, şagirdlərə atestatların təqdimatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016 – cı il 24 noyabr tarixli 479 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi” Qaydalarına əsasən təqim olunub.

Qeyd edək ki, sözügedən təhsil idarəsi üzrə,  2022 – 2023 – ci tədris ilində məzunlardan 95 nəfəri məktəbi fərqlənmə attestatı ilə bitirib. Onlardan 40 nəfər ümumi orta təhsil səviyyəsi üzrə, 55 nəfər isə tam orta təhsil səviyyəsi üzrə təhsilini fərqlənmə attestatı ilə başa vurub.

Məzunları təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzu edirik!

 

Related posts

Leave a Comment