Onunla doğma rayonuna səfəri zamanı tanış olduq. Hələ ilk söz-söhbətindən dənizçi olması təsəvvürü yaranmışdı bizdə. Sonra bilirik ki, hazırkı fəaliyyəti bu peşədə çalışanlara müəllimlik etməkdir. 12 ildir pedaqoji fəaliyyətinin əsasını dənizçilik üzrə ingilis dilinin tədrisi təşkil edir.
Haqqında söz açacağımız Ülfət Quliyev müasir dənizçilikdə istifadə olunan ingilis dili ilə bağlı çoxsaylı araşdırmaların müəllifidir. Məşğul olduğu tədris proqramı ilə Xəzər dənizində və dünya sularında çalışan dənizçilərə müasir dənizçilikdə istifadə olunan ixtisas-peşə terminologiyasını və işgüzar danışıq ifadələrini ən sadə metodla çatdırmaqdla məşğuldur. Ofşor və ticarət gəmilərində çalışan dənizçilərin ingilis dili problemini aradan qaldırmaq üçün xüsusi metod və proqram hazırlamış və bu da özünü tam doğrultmuşdur. Azərbaycan dənizçilərinin ingilis dilini daha səmərəli mənimsəmsi və inkişaf etdirməsi üçün yaratdığı “Dənizçilər üçün ingilis dili” facebook səhifəsi, “English for seamen-1” və “English for seamen-2” whatsapp qrupları vasitəsilə sırf dənizçiliklə bağlı ardııcıl faydalı paylaşımlar edərək dənizçilərə dəstək olur.
İstedadlı həmyerlimiz həmçinin ənənəvi tədrislə yanaşı bir sıra xarici ölkələrdə – ABŞ, Kanada, Fransa, Şotlandiya, İsveç, Litva, Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Qətər və digər ölkələrdə yaşayan soydaşlarımıza və eləcə də xarici vətəndaşlara akademik və kommunikativ ingilis və fransız dillərinin distant tədrisini həyata keçirir. Bundan əlavə, dünyanın tanınmış və qabaqcıl neft və dənizçilik şirkətlərində çalışan dənizçilərin ingilis dili biliyinin qiymətləndirilməsi və işə qəbulu üzrə tətbiq olunan “Marlins Test” imtahanına hazırlıq kursunu həyata keçirir.
Onun bu sahədə ilk olacaq “Dəniz naviqaziya mühəndisləri üçün peşəkar ingilis dili” adlı yeni kitapı çap ücün mətbəyə təqim olunub.
Azərbaycanda dənizçiliklə bağlı ingilis dilində müyyən sayda kitablar var, lakin bu kitablar ayrı-ayrılıqda dənizçiliyə dair fərqli sahələri əhatə edir. Məsələn, bir kitab dənizdə toqquşmaların qarşısının alınmasına dair beynəlxalq qaydalara, digər kitab yalnız gəmi işıq siqnallarına, digəri gəminin texniki xarakteristikasına, başqa birisi isə dənizçiliklə bağlı fərqli bir sahəni əhatə edir. Bütün bu kitabları oxuyub ingilis dilini istənilən səviyyədə öyrənmək xeyli vaxt tələb etdiyinə görə dənizçilərə bu iş heç də asan görünmür. Sadə dillə desək, bu kitablarda qeyd olunanları mənimsəmək yalnız dənizçiliklə bağlı ali təhsil müəssisələrində bir neçə il təhsil alaraq öyrənməklə mümkündür. Lakin yaxın zamanlarda çap olunacaq “Dəniz naviqaziya mühəndisləri üçün peşəkar ingilis dili” kitabı unikallığı məhz müasir dənizçilikdə Azərbaycan dənizçilərinin çətinlik çəkdiyi ən vacib lazım olan müxtəlif məsələləri əhatə etməsidir. Belə ki, müəllif son 12 ildə dənizçilik sahəsində çalışdığı müddətdə Azərbaycan dənizçilərinin Xəzər dənizində və beynəlxalq sularda ingilis dili ilə bağlı rastlaşdığı ən vacib və tələb olunan məsələləri araşdıraraq dəqiqləşdirib və dənizçilərin istək və tövsiyyələrini nəzərə almaqla, bu kitabı ərsəyə gətirməyi bacarmışdır.
Kitabın digər xüsusi özəlliyi isə Azərbaycan dənizçilərinin heç bir kitabda tapa bilmədiyi vacib mövzuların bu kitabda qeyd olunmasıdır. Bu mövzular dənizçiliklə bağlı beyləlxalq mənbələri araşdırmaqla əldə olunub. Dənizçilərin daha asan fomrada kitaba daxil edilib. Məsələn, kitabda “sea protest” məktublarının yazılması, gəmi və buruq arasında əməliyyat, liman rəsmiləşdirilməsi, naviqasiya avadanlıqları, tibbi qeyd jurnalı, dənizçilikdə istifadə olunan bəzi abrevyaturalar, yük və yük əməliyyatları, gəmilərin hərəkətinin idarəedilməsi xidməti və şturmanlara aid əsas mövzular yer alıb.
Uzun illərin gərgin araşdırmalardan sonra ərsəyə gələn kitabın özəllyindən söz açan müəllif bldirdi ki, hazırki dövrümüzdə bütün sferalarda olduğu kimi dənizçilik sahəsində də ingilis dilinin nə dərəcədə önəmli olması hər kəsə məlumdur: “Lakin bu dilin tədrisini nəzərdə tutan dərs vəsaitlərinin əksəriyyəti elmi dildə tərtib olunduğuna görə bu dili lazımi səviyyədə öyrənmək dənizçilər üçün müəyyən çətinliklər yaradır. Məsələn, orta və ya ali təhsil müəssisəsini çoxdan bitirmiş olan dənizçi ingilis dilini öyrənməyə çalışdıqda cümlə qurmaq qaydalarında mübtəda, xəbər, tamamlıq, təyin, isim, sifət kimi elmi terminlərlə rastlaşır və bu terminlərin nə olduğunu xatırlaya bilmədiyi üçün lazım olan cümlə qurmaq qaydasını başa düşə bilmir. Məhz bu baxımdan bu vəsaitin digərlərindən əsas fərqi və özəlliyi bunun çox sadələşdirilmiş, qeyri-qrammatik və bütün dənizçilər üçün asan dildə olmasıdır.
Bir sözlə, bu vəsait ingilis dilini ən sadə üsulla və asanlıqla öyrənmək üçün hər bir dənizçiyə və dənizçilik ixtisası üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulub”.
Qeyd edək ki, Ülfət Əlisafa oğlu Quliyev 28 Fevral 1983-cü ildə Biləsuvarın Təzəkənd kəndində müəllim ailəsində anadan olub. Azərbaycan Dillər Universitetini bitirmiş və 2005-cı ildən kommunikativ ingilis və fransız dillərinin tədrisi sahəsində fəaliyyət göstərir. Xarici dillərin tədrisi sahəsində özünün təkmilləşdirdiyi metodika ilə bir sıra dövlət və özəl təşkilatların rəhbər və şəxsi heyyətinə ingilis dilini tədris etmişdir. Tədris prosesində yaşlı auditoriyanın ingilis dilini asan və sadə yolla mənimsəməsi üçün özəl metoddan ibarət xüsusi təlim proqramının müəllifidir.
Ülfət müəllim ledaqoji fəaliyyətlə yanaşı ingilis və fransız dilləri üzrə yazılı və eləcə də bir çox dövlət tədbirlərində şifahi tərcüməçi kimi fəaliyyət göstərmişdir. “İngilis dili ən asan yolla” (2020) ensiklopedik metodiki vəsaitin, “İngiliscə gündəlik danışığın əsas qaydaları” (2021) adlı kitabın da müəllifidir.
Qələmə aldı: Surxay Şahbazov