Şəhid ailəsi üzvləri üçün vakansiya seçimi mərhələsidir

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinin vakansiya seçimi mərhələsi başlayıb.

Bu haqda Şirvan – Salyan Regional Təhsil İdarəsindən “Regionpress.az”- a açıqlamada bildirilmişdir ki, namizədlər 22 iyul saat 11: 00 – dan 25 iyul saat 11: 00 – dək şəxsi səhifələrinə daxil olaraq seçim edə bilərlər.

Qeyd olunmuşdur ki, namizədlər göstərilən tarixlərdə vakansiya seçimi zamanı diqqətli olmalı, seçimi yekunlaşdırdıqdan sonra təsdiqləməni unutmamalıdır.

 

Related posts

Leave a Comment