Şəhidlərin xatirəsinə həsr olunmuş güləş üzrə region açıq birinciliyi keçirilib

Gənclər və İdman Nazirliyinin Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin və Azərbaycan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə Biləsuvar Olimpiya İdman Kompleksində güləş üzrə region açıq birinciliyi keçirilib.

“Regionpress.az”ın verdiyi məlumata görə, Vətən müharibəsi şəhidləri İqbal Astanlının və Babək Mahmudlunun xatirəsinə həsr olunmuş yunan-roma və sərbəst güləş idman növü üzrə region açıq birinciliyi 18-20 oktyabr tarixlərini əhatə edib.

Birincilik uğurunda respublikanın 30-dan çox bölgəsindən 400 nəfərə yaxın, 2010-2011-ci il təvəllüdlü yeniyetmə arasında gərgin və maraqlı görüş keçirilib.

Yaş qrupları üzrə keçirilən görüşlərdən sonra qaliblər mükafatlandırılıb.

Mükafatlandırılma mərasimində Biləsuvar rayonunun  rəsmiləri, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin rəhbərliyi, beynəlxalq dərəcəli hakimlər, şəhidlərin valideynləri və rayon sakinləri iştirak edib.

Çıxışlardan sonra şəhidlərin həyatını və döyüş yolunu əks etdirən videoçarx nümayiş olunub.

Related posts