Biləsuvar rayonu üzrə təhsil sektorunun yeni müdiri məlum oldu – FOTO

Şirvan-Salyan Regional Təhsil İdarəsinin Biləsuvar rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsinə təyinat olub. “Regionpress.az” xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmr imzalayıb.Əmrə əsasən Xammədov Anar Zakir oğlu Şirvan-Salyan Regional Təhsil İdarəsinin Biləsuvar rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsinə təyin olunub. A. Xammədov  bu təyinatadək Biləsuvarın Bəydili kənd tam orta məktəbinin direktoru vəzivəsini icra edirdi. Qeyd edək ki, Biləsuvar şəhər N. Gəncəvi adına 1 saylı tam orta məktəbində, yeni sektor müdürünün təqdimatında Şirvan-Salyan Regional Təhsil İdarəsinin səlahiyyətli nümayəndələri və sözügedən rayonun məktəb direktorları və məktəbəqədər…

Read More

Gənc həkimin peşə sevgisi, və yaxud Elnarə həkimin sədaqət andı!

Onun iş rejimi çoxlarını heyrətləndirir. Çalışdığı səhiyyə ocağının Terapeya şöbəsində stasionar müalicədə olan xəstələrin müayinəsinin ardınca, həkim çatışmazlığı ucbatından   poliklinikada çox sayda xəstəni qəbul edir, ağır xəstələrin gecikmədən ixtisaslaşmış xəstəxanalara göndərişlərini  hazırlayır. Hələ, imtiyazlı xəstələrə dərmanların yazılması da onun boynunadır. Bir sözlə, lazım gəldikdə bir neçə həkimin görəcəyi işi  təkbaşına öhdələyir. Hər gün gərgin iş rejimində durmadan işləməyə, hələ üstəlik bəzi xəsətlərin nazı ilə davranmağa da alışıb  Elnarə həkim. Səbrlə, təmkinlə onları dinləyib, yola salır.  Deyir: artıq bu iş rejiminə alışmışam, insanlara xidmət göstərməkdən mənəvi zövq alıram.  … Elnarə İsmayıl…

Read More

Xarı bülbülün vətəni

(Şuşa səfəri təəssüratı) Şuşa azad olunandan sonra bu şəhərə hər il çoxsaylı səfərlər təşkil olunur. Bu mədəniyyət beşiyini təkrar-təkrar görməyə daha çox şairlər, yazıçılar, alimlər can atırlar. Şuşaya yazılan şeirlər el məhəbbətinin ifadəsidir. Builki səfərlərdən birini Heydər Əliyev Mərkəzi, Mədəniyyət Nazirliyi və Yazıçılar Birliyi birlikdə təşkil etmişdi. Səfərə Vaqif Poeziya Günlərində iştirak edəcək qələm adamları qatılmışdılar. Poeziya günlərinin açılığı Vaqifin doğulduğu Qazaxda oldu və Şuşa şəhərində davam etdirildi. Üçgünlük səfər boyunca Saatlı və Yuxarı Gövhərağa  məscidlərinə, Mir Möhsün Nəvvabın sərgisinə, Şuşa Xalça Muzeyinə, Yaradıcılıq Mərkəzinə ekskursiyalar təşkil olundu. Poeziya günlərinin…

Read More

Sabiq direktor əvəzi məhkəmə qarşısında

Atası uzun müddət, 20 il 1 saylı Göytəpə tam orta məktəbinin direktor işləmiş, özü isə 2 dəfə direktor vəzifəsini icra edən şəxs niyə həbs edilib? 1800 nəfərdən artıq şagirdi, 100-dən artıq müəllimi olan  Cəlilabad Rayon V. Mürsəlov adına  Göytəpə Şəhər 1 saylı  tam orta məktəbi son illər bir qaynar qazana bənzəyir. Yarım başlıqda qeyd etdiyimiz kimi bu məktəbə 20 ildən artıq   Bəxtiyar Cəfərov rəhbərlik edib. Daha sonra bu vəzifə onun oğlu  Seymur Cəfərova həvalə edilir. Arada həmin məktəbin direktoru o məktəbdə müəllim  işləyən Zaur Kəngərli olsa da, 2021-2022-ci ildə məktəbin direktorluğa yenə S. Cəfərova həvalə edilib. Şikayətlər,…

Read More

Bu gündən Məhərrəm ayı başladı

Azərbaycanda Məhərrəm ayı başlayıb. “Regionpress.az” “Qafqazinfo”ya istinadən xəbər verir ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasının rəsmi hesablamalarına görə Hicri-qəməri təqvimi ilə 1444-cü il başa çatır, yeni 1445-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2023-cü il iyul ayının 19-na, Aşura günü isə iyul ayının 28-nə təsadüf edir. Avqustun 17-si Məhərrəm ayı başa çatır, avqustun 18-si Səfər ayı başlayır. Sentyabrın 6-sı, yəni Səfər ayının 20-ci günü, imamın 40-ı günü olacaq. Sentyabrın 15-i isə Səfər ayı başa çatır. Qazılar Şurası dindarlarımıza xatırladır ki, məhərrəmlik mərasimləri zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan…

Read More

“Əkinçinin dostu” Tədris, Araşdırma və Təcrübə Mərkəzi ilk dəfə Biləsuvarda

Bir müddət öncə ölkədə fəaliyyətə başlayan “Əkinçinin dostu” Tədris, Araşdırma və   Təcrübə Mərkəzi Türkiyənin “EMA” şirkəti tərəfindən ( şirkət bu ölkədə pestisid sənayesinin lideri “HEKTAŞ”la sıx əməkdaşlıq edir) təməli qoyulub. Azərbaycanda bu cür mərkəzlərin ilk dəfə yaradılması ilə   fermerlərin özlərini inkişaf etdirməsi və ölkə iqtisadiyyatına mühüm  töhfələr  verməsi üçün səylərini sürətləndirməyi hədəfləyir. Sözügedən mərkəz Biləsuvar rayonunda yaradılıb. Biləsuvar DAİM – in yaxınlığında 2 hektar ərazidə, hər bir şəraitlə fəaliyyətini məqsədəmüvafiq şəkildə genişləndirməkdə olan “Əkinçinin dostu”nun hədəfi müasir innovativ yeniliklərin tədbiqi ilə fermer təsərrüfatlarında səmərəliliyə nail olmaqdı. Mərkəzin rəhbəri Mikayıl Soltanov “Regionpress.az” a görülən işlər haqqında danışarkən aşağdakıları qeyd…

Read More

Baş prokuror Biləsuvar rayonunda vətəndaşları qəbul edib   Baş prokuror Kamran Əliyev Biləsuvar rayon prokurorluğunun inzibati binasında Biləsuvar, Cəlilabad, Neftçala və digər rayonlardan olan vətəndaşları qəbul edib. “Regionpress.az” qurumun Mətbuat xidmətinə istinadən xəbər verir ki, qəbuldan əvvəl Baş prokuror xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad edib. Qəbulda iştirak edən 91 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, mülki xarakterli…

Read More

Biləsuvarda qeyri – ənənəvi bitkilərin əkininə başlanılıb

Biləsuvar rayonunda ilk dəfə olaraq təcrübə – sınaq sahəsində qeyri – ənənəvi yem bitkilərinin əkininə başlanılıb. Əkinçilik Elmi tədqiqat Institutunun alimlərinin iştirakı ilə bir hektarlıq ərazidə cənubi Amerikada  becərilən Amarant və Kinoa bitkisinin səpini aparılıb. Bu günlərdə inistitutun labaratoriya müdürü  Sevil Abasquluyeva və digər əməkdaşları  ilə birgə “Aqropark Yaşıl Ada” MMC – də aparılan yeni əkinlə tanış olduq. Bu bitkilərin yerli iqlim şəraitində yüksək inişafına şahid olduq.  “Regionperess”ə bu haqda danışan Biləsuvar DAİM – in direktoru Nurəddin Quliyev qeyd edib ki, son illər müşahidə olunan iqlim dəyişkənliyi aşağı keyfiyyətli müxtəlif…

Read More

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mərkəzi Nəbatat Bağında aparılan işlərlə tanış olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyulun 12-də Bakıda Mərkəzi Nəbatat Bağının ərazisində aparılan abadlıq, yenidənqurma və tikinti işlərinin gedişi ilə tanış olublar. “Regionpress.az” AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlətimizin başçısına və birinci xanıma Mərkəzi Nəbatat Bağında həyata keçirilən yenidənqurma və tikinti işləri barədə məlumat verdi. Bildirildi ki, yenidənqurma və bərpa işləri nəticəsində Mərkəzi Nəbatat Bağının ərazisi 39 hektardan 44,8 hektara çatdırılıb. Vaxtilə ərazidə yerləşən avtomobil təmiri boksları, bir neçə ictimai-iaşə obyekti və müxtəlif təyinatlı qanunsuz tikililər sökülüb. Hazırda bağın…

Read More

Qazdan istifadə edənlərin bunları bilməsi gərəklidir

Azərbaycanda qazdan qanunsuz istifadəyə nəzarət gücləndirilir. Bu istiqamətdə atılan addımlardan biri də Nazirlər Kabinetinin 2011-ci ildən qüvvədə olan “Qazdan istifadə Qaydaları”na dəyişiklik etməsidir. “Regionpres.az” Qafqazinfo – ya istinadən qazdan istiqadən qaydalarında təsbitin tapan bəzi  məlumatları təqdim edir: Qaydalara görə, qazpaylayıcı istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 ayda 1 dəfə, digər qaz sayğaclarına isə 3 ayda 1 dəfə baxış keçirməlidir. Qaz paylayıcısının işçiləri tərəfindən istehlakçıya 5 iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron…

Read More