Salyanda “Gənc şahinlər” hərbi-vətənpərvərlik klubu” layihəsinin açılışı oldu

Salyan rayonunda “Gənc şahinlər” hərbi-vətənpərvərlik klubu” layihəsinin təqdimatı olub.  “Regionpress.az” xəbər verir ki, layihənin açılış mərasimində layihə rəhbəri Firudin Tahirov, məktəb direktorları, şagird və valideynlər, məktəb müəllimləri iştirak edib. Layihə rəhbəri qeyd edib ki, layihənin əsas məqsədi Salyan rayonunda sistemli olaraq fəaliyyət göstərəcək ““Gənc şahinlər” hərbi-vətənpərvərlik klubu”nun yaradılması ilə mütəmadi olaraq vətənpərvərliyi təbliğ edən müsabiqələrin, yarışların, hərbi düşərgələrin təşkil edilməsi ilə yeniyetmə və gənclərdə vətənpərvərlik hisslərini daha da inkişaf etdirməkdən və onlara ilkin hərbi nizam-intizam anlayışlarını aşılamaqdan  ibarətdir. Layihə çərçivəsində Salyan rayonunda “RESURS” Gənclərin İnkişafı İctimai  Birliyinin nəzdində daimi və sistemli…

Read More

Prezidenti İlham Əliyevin 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədəki çıxışı

İyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə keçirilib. “Bilesuvarinfo” AZƏRTAC-a istinadən  Prezident  İlham Əliyevin müşavirədki çıxışını təqdim edir: – İlin əvvəlində verdiyim tapşırıqların yerinə yetirilməsi ilə bağlı bir çox addımlar atılmışdır. İlin altı ayı arxada qalır. Müəyyən dərəcədə yekunlar haqqında danışmaq olar. Halbuki əminəm ki, ilin sonuna qədər ölkəmizin uğurlu inkişafı təmin ediləcəkdir. Bu ilin altı ayında isə əsas istiqamətimiz ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam…

Read More

6 hektar sahədə yeni badımcan sortu yetişdirən fermer

 Aqrar sahədə  müasir texnoloji yeniliklərin tətbiqi fonunda, bölgələrdə məhsuldar kənd təsərrüfatı bitkilərinin inkişafı xüsusi önəm daşıyır. “Regionpress.az” xəbər verir ki, ölkədə əhalinin etibarlı ərzaq məhsulları ilə təminatı istiqamətində görülən işlər ardıcıl xarakter daşıyır. Bu baxımdan Biləsuvarda  dənli və texniki bitkilərlə yanaşı, yerli məhsulların istehsalının stimullaşdırılması üçün  bostançılıq və tərəvəzçilik  sahələri də ilbə il genişləndirilir. Yazlıq əkin olaraq təsərrüfatçılar bu günədək 1000 hektardan çox pomidor-xiyar, 500 hektardan artıq isə digər tərəvəz bitkilərinin əkinini həyata keçiriblər. Rayonun Əmənkənd kənd sakini tərəvəz məhsulları istehsalçısı  Vüqar Əmirov bildirb ki, bu mövsüm 14 hektarda müxtəlif…

Read More

Qədir -Xum bayramı münasibətilə Biləsuvarda ehsan süfrəsi təşkil edilib

Qədir – Xum münasibətilə Biləsuvar rayonunda şəhid ailə üzvlərinin və dini ayinlərin icraçılarının iştirakı ilə görüş keçirilib. “Bİlesuvarinfo” xəbər verir ki, görüş Biləsuvar şəhər Cümə Məscidində məscidin imamı Hacı Əlifağa Murtuzovun təşəbbüsü ilə keçirilib. Rayonun çoxsaylı şəhid ailə üzvlərinin və dini ayinlərin icraçılarının iştirak ilə məsciddə camaat namazı qılınıb, bol- bol dualar edilib. Daha sonra ehsan süfrəsi verilib. Məscidin imamı Hacı Əlifağa Murtuzov qeyd edib ki, bu gün Qədir-Xum bayramıdır: “Vilayət, yəni özünəqayıdış bayramı. Qəlblərə qəlb dilində səslənən, qəlbləri fəth edən övliyaların bayramı. Allah bu bayramı hamımıza mübarək etsin və vilayətə…

Read More

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Albaniya Respublikasının Prezidenti Bayram Beqayın iyulun 7-də rəsmi qarşılanma mərasimi olub. “Regionpress” AZƏRTAC – a istinadən  xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Albaniya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasının Prezidenti Bayram Beqayı qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi Albaniya Prezidentinə raport verdi. Prezident Bayram Beqay Azərbaycan əsgərlərini salamladı. Azərbaycan və Albaniya prezidentləri fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Albaniya Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi. Azərbaycan nümayəndə heyəti Albaniya Prezidentinə, Albaniya nümayəndə heyəti isə Azərbaycan…

Read More

Balinadan 500 min dollarlıq “miras” – FOTO

Kanar adalarının La Palma bölgəsindəki Nogales çimərliyi sahilində ötən aylarda balina cəsədi tapılıb. Ölü balina bağırsaqlarında gizlənmiş qiymətli xəzinənin aşkarlanmasından sonra alimlər heyrətə gəlib. Balinanın bağırsaqlarında 9,5 kiloqram ağırlığında, 500 min dollar dəyərində ənbər aşkarlanıb. Las Palmas de Gran Canaria Universitetinin mütəxəssislərinin fikrincə, balina təxminən 20 kiloluq ənbər kimi tanınan maddənin heyvanın qalın bağırsağında xroniki obstruktiv iltihaba səbəb olmasından sonra ölüb. Nadir hallarda rastlanır Belə yırtıcı balinalarının yüzdə birindən azının ənbər ifraz edə biləcəyi təxmin edilir. Balina qusması kimi tanınan bu maddə olduqca nadirdir və hətta bir qramı minlərlə dollara…

Read More

Qəlblərdə əbədiyaşarlıq qazanan Ulu Öndər hər zaman xatırlanacaq

Ulu öndər Heydər Əliyevin aramızda cismani yoxluğundan on doqquz illik bir zaman ötür. AncaqVətən öz böyük oğlunun siyasətinin təntənəsinə şahid olur. Heydər Əliyev siyasətinin uğurlu davamı Azərbaycanı yeni parlaq inkişaf mərhələsinə gətirib.   1993- cü il iyun ayının 15- də xalqımızın təkidli tələbi ilə Ümumilli Lider Heydər Əliyevin  siyasi hakimiyyətə qayıdışı ölkəmizdəki özbaşınalığa, anarxiyaya, xaosa son qoydu.  Xalqımız həmin günü” Milli Qurtuluş Günü ” kimi müstəqil Azərbaycanın tarixinə yazdı. Onun Azərbycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictima- siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və…

Read More

Masallının ən ucqar kəndində 300 pilləli pilləkən

Köhnə Zuvand kəndi bizi nələrlə təəccübləndirdi? Doğrudanmı, burada mis və qızıl yataqları var? Hər kəndin özünəməxsus gözəlliyi və özünəməxsus dərdləri var. Amma Köhnə Zuvand kəndinin  türfə əlamətləri tam başqa aləmdir. Rayon mərkəzindən 30 kilometrə yaxın məsafədə yerləşən bu kəndin yolunun 15 kilometrə yaxını çox bərbad vəziyyətdədir. Mənzərəni bir qədər də aydınlaşdıraq. Deməli,  rayon mərkəzindən yola düşüb Banbaşı, Köhnə Alvadı kəndlərini keçib, Güllütəpə Ərazi İnzibati Dairəsinə daxil Tatyan kəndindən keçib üz tuturuq Yelağac – Köhnə Zuvand istiqamətinə. Ətrafda görünən mənzərə nə qədər heyranedici olsa da, bərbad yollar bu gözəlliyi sanki zədələyir.…

Read More

Prezident İlham Əliyev Konstitusiya Məhkəməsinin hakimlərini və əməkdaşlarını təbrik edib

Konstitusiya Məhkəməsinin 25 illik yubileyi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinin qeyd olunduğu dövrə təsadüf edir və bu, dərin simvolik məna kəsb edir. Məhz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında Konstitusiya Məhkəməsinin əsas səlahiyyətləri, bu təsisatın dövlət hakimiyyəti orqanları sistemində mühüm yeri və rolu müəyyən olunmuşdur. “Regionpress.az” AZƏRTAC -a  istinadən xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 illiyinə həsr olunmuş beynəlxalq konfransın iştirakçılarına məktubunda yer alıb. Məktubda deyilir: “Ötən illər ərzində Konstitusiya Məhkəməsi səmərəli fəaliyyəti ilə…

Read More

Leysan, dolu, sel xəbərdarlığı

Azərbaycanın rayonlarında iyulun 4-ü günün ikinci yarısından 5-i gündüzədək bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir. “Regionpress.az” xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya məlumat verilib.   Bildirilib ki, bəzi yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Read More