Biləsuvar Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin olunub

Biləsuvar Regional Mədəniyyət İdarəsinə yeni  rəis təyin olunub. “Regionpress.az” xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət Naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən Şahin  Şahbazov Biləsuvar Regional Mədəniyyət İdarəsinə rəis təyin olunub. Ş.Şahbazov bu təyinatınadək, 2021- ci ilin may ayından Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini daşıyıb. Qeyd edək ki, Şahin Yusif oğlu Şahbazov 1984-cü ildə anadan olub. 2006-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Muzey işi və abidələrin mühafizəsi ixtisasını bakalavr dərəcəsi üzrə, 2008-ci ildə isə Bakı Dövlət Universitetininin Tarix fakültəsini magistr dərəcəsi üzrə fərqlənmə diplomu ilə bitirib. 2012-2018-ci illərdə…

Read More

“Daha güclü zəlzələnin olma ehtimalı yoxdur” – Qurban Yetirmişli

“Afterşoklar davam edəcək. Lakin daha güclü zəlzələnin olma ehtimalı yoxdur”. “Regionpress.az” xəbər verir ki,  Sputnik Azərbaycan-a bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli deyib. O bildirib ki, 5.7 bal gücündə olan zəlzələ afterşoklarla davam edəcək.

Read More

Aqil Bəşirov yeni vəzifəyə təyin olundu

Şirvan-Salyan Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektoruna müdir təyin olunub.  “Regionpress.az” xəbər verir ki, Elm və Təhsil naziri  Emin Əmrullayevin müvafiq əmri ilə Aqil Bəşirov Şirvan-Salyan Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektoruna müdir vəzifəsinə təyin olunub. Bəşirov Aqil Aydın oğlu 1985 – ci ildə Biləsuvar rayonunda doğulub. O, Sumqayıt Dövlət Universitetinin bakalavr səviyyəsini “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə bitirib. 2006-cı ildən 2017-ci ilə qədər Biləsuvar rayonu Yuxarı Ağalı kənd A.Abdulov adına ümumi orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi, 2017- 2022-ci illərdə Biləsuvar rayonu Yuxarı Ağalı kənd A.Abdulov adına ümumi orta…

Read More

Biləsuvarda 7000 hektara yaxın sahədə çiyid səpini aparılıb

Biləsuvar respublikamızın aparıcı aqrar rayonları arasında daha çox pambıqçılıq ənənələrinin inkişafına görə tanınıb. Bu sahə həm də əhalinin məşğulluğunun təminatında böyük rol oynayır. “Regionpress.az” xəbər verir ki, ölkədə pambıqçılığın inkişafı ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində son illər rayonda mülkiyyətçilər tərəfindən bu sahəyə maraq yenidən artıb. Belə ki, bu il rayonun pambıqçıları 1980 hektar sahədə “Azərpambıq” MMC ilə, 1727 hektar sahədə “Cotton Trade” MMC ilə, 1435.0 hektar sahədə “MKT İstehsalat Kommersiya” MMC ilə, 1000 hektar sahədə “P-Aqro” MMC ilə və 603,8 hektar sahədə isə “Aztəsərrüfat” MMC ilə müqavilə bağlayaraq əkin…

Read More

Şəhidin doğum günündə Xatirə bulağının  açılışı oldu

Vətən müharibəsi şəhidi Kamran Yaşar oğlu İsgəndərlinin xatirəsinə inşa edilmiş Xatirə bulağının da açılışı olub. “Regionpress.az”  xəbər verir ki, şəhidin doğum günü münasibətilə keçirilən tədbirdə Cəlilabad rayonunun rəsmiləri, şəhid ataları, şəhid anaları və ictimai fəallarla yanaşı rayon Veteranlar Təşkilatının üzvləri də iştirak ediblər. Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin şöbə müdiri Füzuli Cəfərov, şəhid atası Nizami Həbibi, rayon Gənclər və İdman idarəsinin rəisi Elçin Hüseynov, təhsil aldığı şəhər 1 saylı məktəbin direktoru Füzuli Quliyev, rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman, “Gənc Qarabağ qaziləri” İctimai birliyinin rəhbəri Vüsal Muradlı, Azərbaycan Yazıçılar Birliyinin…

Read More

“Masallı — abidələşən şəhidlər” sənədli film nümayiş olunub

Masallılı şəhidlərin xatirəsinə həsr olunmuşsənədli film nümayiş olunub “Regionpress.az” xəbər veri ki, Masallılı şəhidlərin xatirəsinə həsr olunmuş “Masallı — abidələşən şəhidlər” sənədli filmi Heydər Əliyev Mərkəzində nümayiş olunub. Filmin nümayişi ilə əlaqədar keçirilən tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid valideynləri, müharibə veteranları, qazilər və ailə üzvləri, jurnalistlər  iştirak ediblər. Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra sənədli filmin ideya və ssenari müəllifi Zahir Əmənovun rəhbərliyi ilə çəkilmiş “Masallı…

Read More

Bu məktəbdə nə şagird müəllimi, nə də müəllim şagirdi tanıyır

“Regionpress.az” Cənub.az -a  istinadla xəbər verir ki, söhbət Goranboy rayonun Yuxarı Ağcakənd qəsəbəsində yerləşən Kəlbəcər rayon 91 saylı orta məktəbindən gedir. Həmin məktəbdə çalışan müəllim iddia edir ki, dərs ilinin başlanmasından sonuna qədər direktorun göstərişinə əsasən şagirdlərin, bəzi fənn müəllimlərinin ayaqları təhsil ocağına dəyməyib: “Həmin şagirdlər nə məktəbi, onlara dərs deməli olan müəllimlər şagirdləri tanıyır”. Məktəbində ibtidai sinif müəllimi olan Mehdi Mirzəyev direktorun “qanun”larına tabe olmayaraq üzünü görmədiyi, dərs demədiyi şagirdlərə qayıblar yazıb: “Amma onun digər müəllim yoldaşları direktorun göstərişi ilə “qiyabi” oxuyan şagirdlərə qiymətlər yazıblar”.

Read More

Lənkəranda günəş enerjisi ilə işləyən suqızdırıcı kollektor hazırlanıb

Lənkəranda günəş enerjisi ilə işləyən suqızdırıcı kollektor hazırlanıb. “Regionpress.az” AZƏRTAC-a istinadən xəbər verir ki, Lənkəran Peşə Liseyinin çilingər-santexnik qrupunun hazırladığı kollektorun təkmilləşmiş forması sınaqdan keçirilib. Bu kollektor günəş enerjisi vasitəsilə çöl şəraitində, 8 selsi dərəcə havada 30 litrə yaxın soyuq suyu 49 selsi dərəcəyə kimi qızdıra bilib. Liseyin  çilingər-santexnik qrupunun ustası İdris Əmirov bu haqda  danışarkən bildirmişdir ki, biz tələbələrimizlə birlikdə günəş paneli hazırlamışıq: “Bu panellər vasitəsilə heç bir enerji sərf olunmadan, yalnız günəş enerjisi ilə soyuq suyu 60-70 dərəcəyə kimi qızdıra bilirik. Hazırladığımız bu panel mini formadadır. Günəş enerjisinin…

Read More

Polis işçilərinin peşə bayramı Biləsuvarda qeyd olundu

Bu gün Biləsuvar rayonunda 2 iyul-Polis işçilərinin peşə bayramı günü münasibətilə ilə tədbir keçirildi. “Regionpress.az” xəbər verir ki, tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov, Milli Məclisin deputatı  Bəhruz Məhərrəmov və hüquq mühafizə orqanlarının rəhbərləri iştirak edib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, əziz xatirəsinə gül dəstələri düzüblər.Bayram tədbirində çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov peşə bayramları münasibəti ilə polis işçilərini təbrik edərək, tarixi və şərəfli bir yol keçmiş Azərbaycan polisinin yarandığı gündən xalqı və dövləti mənafeyinə məsuliyyətli vəzifələri vicdanla yerinə yetirirməsindən söz…

Read More