Yolu keçmək istəyən həmkəndlisini maşınla vurub öldürdü

Biləsuvarda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası olub. “Regionpress.az”xəbər verir ki, hadisə Biləsuvar – Bəhrəmtəpə yolunun Çaylı kəndindən keçən hissəsində baş verib. Belə ki, rayonun Çaylı kənd sakini, Fətullayev Ziyafəddin Fikrəd oğlu idarə etdiyi “Ford” markalı yük aftomobili ilə hərəkətdə olarkən həmkəndlisi, 1969 – cı il təvəllüdlü Sultanova Səlimə Mirmahmud qızını vurub. Qəzada ağır xəsarət alan S.Sultanova hadisə yerində vəfat edib. Qeyd edək ki, hadisə avtobusdan düşən piyada yolu keçmək istəyərkən baş verib.  

Read More