Masallıda çayın kənarından avtomat aşkarlanıb

Masallı Rayon Polis Şöbəsinə Viləş çayının kənarından silah tapılması barədə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı həmin ərazidən 1 ədəd “AKS-74U” markalı avtomat aşkarlanaraq götürülüb. Bundan əlavə, Masallı RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində 9 nəfər rayon sakini müvafiq sənədləri olmadan qanunsuz olaraq saxladıqları ov silahlarını könüllü təhvil veriblər. Bu istiqamətdə tədbirlər davam etdirilir.

Read More

Qırmızı çuğundurun bilinməyən faydaları

  Türkiyənin Qazi Universitetinin alimləri qırmızı çuğundurun saç tökülməsi, psoriaz, ekzema, övrə, səpki, qaraciyər xəstəlikləri və bədəndə qaşıntının qarşısının alınmasında faydalı olduğunu bildiriblər. AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, vətəni Aralıq dənizi olan qırmızı çuğundur ehtiva etdiyi vitamin və minerallar baxımından sanki “enerji anbarı”na bənzəyir. Antioksidant təsirə malik olan qırmızı çuğundur bir sıra xəstəliklər zamanı faydalıdır. Dərini gözəlləşdirir, ürək xəstəliklərindən qoruyur, həzmi asanlaşdırır, mədə və bağırsaqların fəaliyyətinə müsbət təsir edir, qəbizliyi, mədə ağrısı və yanğısını aradan qaldırır. Qaraciyərin nizamlı işləməsinə yardım etməklə şəkər xəstəliyinin qarşısını alır. Qan azlığı və dəmir…

Read More

Biləsuvar məktəbləri və bağçalarında fəaliyyət istiqamətləri müzakirə olunub

Şirvan-Salyan Regional Təhsil İdarəsi Biləsuvar rayonunda tabeliyindəki müəssisələrin rəhbərləri ilə görüş keçirib. “Regionpress.az” xəbər verir ki, görüşdə Şirvan-Salyan-Regional Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli idarənin əməkdaşları,  sektorun tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin və məktəbəqədər təhsil müəssisələrinə rəhbərləri iştirak edib. Görüşdə məktəblərdə təlim-tərbiyə işinin təşkili,şagirdlərin dərsə davamiyyəti, buraxılış imtahanına hazırlıq vəziyyətləri, məktəbdə davranış qaydaları kimi mövzular müzakirə olunub. Sonda görüş iştirakçılarının sualları cavablandırılıb.

Read More

Usta işlədiyi evdə yıxılıb öldü

Biləsuvar rayonunda bədbəxt hadisə baş verib. “Regionpress.az” xəbər verir ki, hadisə Biləsuvar şəhərində qeydə alınıb. Belə ki, rayonun Amankənd kənd sakini 1959-cu il təvəllüdlü Babaxan Ərəstun oğlu Əliyev evlərdən birində təmir işi ilə məşğul olarkən  ölüb. Ev sahibinin sözlərinə görə, B.Əliyevin ölümünə səbəb hündürlükdən yıxılması  olub. Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır.

Read More

Sənan Mənsimli Biləsuvarda vətəndaş qəbulu keçirib

Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Biləsuvarda vətəndaş qəbulu keçirib. “Regionpress.az” xəbər verir ki, qəbul zamanı idarə müdiri vətəndaşların müraciətlərini dinləyərək onları narahat edən məsələlərlə yaxından tanış olub, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində müvafiq tapşırıqlar verib. Araşdırılması vacib olan məsələlər isə qeydiyyata alınaraq nəzarətə götürülüb. Vətəndaş qəbulu zamanı, əsasən işə qəbulla bağlı müraciətlər üstünlük təşkil edib. Eyni zamanda Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli idarənin əməkdaşları ilə birlikdə rayonda ümumtəhsil məktəblərində və məktəbəqədər təhsil müəssisələrində tədrisin təşkili vəziyyəti və payız qış mövsümü ilə əlaqədar görülmüş işlərlə yaxından tanış olublar.

Read More

Baş Prokurorluq Astara şəhərində konfrans keçirib

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, noyabrın 29-da Astara şəhərində “Heydər Əliyev və müasir dövlət quruculuğu” adlı işgüzar konfrans keçirilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Astara şəhərinin mərkəzində ucaldılmış abidəsini, daha sonra isə Astara Şəhidlər xiyabanını ziyarət ediblər. İştirakçılar Astara rayon Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin dövlətçilik irsini, həyat və fəaliyyətini özündə əks etdirən eksponat və fotostendlərlə tanış olublar. Astara rayon Mədəniyyət Mərkəzində keçirilən tədbir başlamazdan öncə Ulu Öndər Heydər…

Read More

Azərbaycanda sürətlə irəliləyən universitetin adı açıqlandı

“National H-index Ranking” tərəfindən 2023-cü ilin dördüncü rübünün elmi nəticələri əsasında Azərbaycanda fəaliyyət göstərən elmi institutların və ali təhsil müəssisələrinin Hirş indeksinə (H-index) görə reytinq sıralaması-“Azerbaijan National H-index Ranking-2023” açıqlanıb. Bu haqda “Regionpress.az” AzEdu.az istinadən  xəbər verir ki, SDU əvvəlki ilin reytinqi ilə müqayisədə 83 müəsissə arasında ölkə üzrə 16 pillə irəliləyərək 52-ci yerdən 36-cı yerə yüksəlib. Ali təhsil müəssisələri reytinqində isə 31-ci yerdən 16-cı yerə yüksəlib. Scopus indeksində 8, Web of Science indeksində isə 6 pillə yüksəlmə qeydə alınıb. Reytinqdə Scopus, Web of Science və Google Scholar kimi elmiometrik…

Read More

Lənkəran mətnəxinə  daha iki yemək daxil olub

Lənkəran mətbəxtinin qida rasionuna daha iki yemək daxil olub. “Regionpress.az” xəbər verir ki, yeni təqdim olunan <span;>yeməklər<span;> “Lanvert – 457” və “Balqabaq çubuqları” adlandırılıb. Lənkəranlı aşpazın ilk dəfə hazırladığı bu yeməklər həm görnüşünə, həm də dadına görə fərqlənir. “Lanvert – 457” ana yemək, “Balqabaq çubuqları” isə desertdir. Ana yeməyin hazırlanması 20 – 25 dəqiqəyə başa gəlir və bunun üçün can əti, nar, kartof, badımcan, soğan, eləcə də ədviyyatlardan duz, isti – ot, giləmərzə, sumaq lazımdır. Əvvəlcə can əti doğranılır sonra soğan, kartof, badımcaq, nar soyulur ​ və doğranılır. Doğranılan məhsullar…

Read More

Röyalın heyvanlara olan sevgisi… və yaxud baytarlıq röyasına qovuşan gənc

“… Əkiz tayını kəsib itə  verdilər, yemədi, ancaq mən sağaltdım”  “Bir gün məni qoyunlara vaksin vurmağa aparmışdılar, tövləyə yaxınlaşanda təsərrüfatdan çıxdaş edilərək, kənarda saxlanılan qoyunu soruşanda, dedilər ki, çiçək xəstəliyinə yoluxub, o biri tayı da bu cür xəstə idi, kəsib itə atdıq, heç it də yemədi. Dedim ki, bunu mənə həvalə edin. Həmin sısqalmış qoyunu 10 günlük müalicəylə sağaltdım, artıq o müddətdən sonra iki bala da verib.” Sonradan tanıdığım, Röyal Bayramzadənin bu söhbətini eşidəndə istər-istəməz, ayaq saxlayıb, belə istedadlı gənc baytar həkimi tanımaq, onunla yaxından tanış olmaq həvəsi yarandı məndə.…

Read More

Lənkəranda qızılağacını qanunsuz əldə edənlər saxlanılıb

Lənkəranda qanunsuz yolla əldə edilmiş meşə materialları aşkarlanıb. “Regionpress.az” xəbər verir ki, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin və ETSN-nin Regional İdarəsinin əməkdaşlarının keçirdiyi birgə tədbirlərlə Lənkəran rayonunun Qurumba kəndi ərazisində E.Əmirova məxsus qanunsuz fəaliyyət göstərən taxta emalı sexinə keçirilən baxış zamanı qanunsuz yolla əldə edilmiş 5,5m³ həcmində qızılağac cinsli işlik meşə materialı aşkarlanıb. Bundan əlavə, rayon ərazisində keçirilən digər tədbirlərlə Ş.Əlizadəyə məxsus “Mercedes” markalı avtomobilin yük yerindən qanunsuz yolla əldə edilmiş 2,5m³ həcmində işlik qızılağac cinsli meşə materialı aşkarlanıb. Aşkarlanan hər iki faktla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə…

Read More