Vətən müharibəsi şəhidi Babək Mahmudlunun xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə açıq birincilik keçirilib. Astara, Lənkəran, Masallı, Cəlilabad, Salyan, Sabirabad, Bakı (“Arena”), Şirvan, Qusar, Gəncə və Biləsuvar komandalarının ümumilikdə 100-dən artıq idmançısı turnirdə birinçilik uğurunda gərgin və maraqlı mübarizə aparıb. “Regionpress az” xəbər verir ki, turnirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin rəisi Aydın Yusifov, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəis müavini Emin Mustafayev, Azərbaycan Güləş Federasiyasının nümayəndəsi Tural Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon sakinləri…
Read MoreAuthor: Direktor
Biləsuvar mahalı
Ulu xalqımızın çox zəngin tarixi vardır. Kənd və şəhərlərimizin ərazilərində, yüksək dağların qoynunda və ucu-bucağı görünməyən düzənliklərdə səpələnmiş təpələr, yurd yerləri, qalalar, bürclər, qəbristanlıqlar və s. abidələr bunu sübut edirlər. Tarixən Muğan düzünün coğrafi ərazisi çox geniş olmuşdur. İlk dəfə ad 3500-4000 il bundan əvvəl çəkilən bu ərazi tarixi mənbələrdə bütöv, bəzən də hissə-hissə müxtəlif Azərbaycan dövlətlərinin tərkibində olmuşdur. Qədimlərdə bu əraziyə hətta «Balasaqan» da deyirlərmiş (Saqların yaşadıqları ərazi – S.N.). Muğan düzünün cənub hissəsində – ulu Talış dağlarının «Balasaqan» və Quştəspi əyalətlərinin əraziləri ilə qovuşduğu gözəl və mənzərəli, həm…
Read MoreCəlilabadda yanğında iki qardaş xəsarət aldı
Cəlilabad rayonunda mənzildə yanğın baş verib. “Regionpress.az” xəbər verir ki, hadisə rayonun Buravar kəndində qeydə alınıb. Yanğını söndürən zaman evdə yaşayan 1991-ci il təvəllüdlü Tacəddin Cəfərov və qardaşı 1993-cü il təvəllüdlü Saməddin Cəfərov yanığ xəsarəti alıb. Boyunları, əlləri və aşağı ətrafları yanan qardaşlar rayon xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.
Read MoreAğaclara tor qurmaqla qanunsuz ov edənlər saxlanılıb
Astara rayonunda qanunsuz ovun üstü açılıb “Regionpress.az” xəbər verir ki, Astara rayonunun Rüdəkənar kəndi ərazisində rayon sakinləri A.Həsənov, E. Kazımov, K. Rzayev və C. Kazımovun qanunsuz ov etməsi aşkar olunub. Onlardan müvafiq sənədləri olmayan 2 ədəd ov tüfəngi və çöl quşlarını havada ovlamaq üçün quraşdırılmış sintetik tor götürülüb. Faktla bağlı Astara RPŞ-də araşdırma aparılır.
Read More“Bizim televiziyalar “əyri güzgü”dür” – TANINMIŞ APARICI
Kamran Həsənli: “Televiziyamızın gələcəyi ilə bağlı arzularımızın üstündən xətt çəkdilər” Uşaqlıqdan verilişlərinə sevə-sevə baxdığım Kamran Həsənlidən müsahibə götürməyi çoxdan istəyirdim. Bu günlərdə dəyərli teleaparıcımızla görüşümüz baş tutdu. Onunla televiziyamızın dünənindən, bu günündən danışdıq və sabahının necə olacağı ilə bağlı fikirlərini öyrəndik. Buyurun, oxuyun. – Kamran müəllim, uzun müddətdir ki, sizi dövlət və özəl televiziya layihələrində görmürük. Vaxtilə “Sizin saat”, “Musiqili meydan” kimi layihələriniz televiziya meydanında öz sözünü demişdi. Amma o cür layihələrin ardı gəlmədi. Buna səbəb nə idi? – Açığını deyim ki, mən dövlət televiziyalarında işləməmişəm, özəl şirkətlərdə – “Space”,…
Read MoreBiləsuvarda III Hind toyuğu Festivalı keçiriləcək
Biləsuvar rayonunda növbəti – III Hind toyuğu Festivalı keçiriləcək. Bu barədə “Regionpress.az”-a Biləsuvar Rayon İcra Hakimiyyətindən məlumat verilib. Belə ki, 25 noyabr 2023-cü il saat 10:00-dan başlayaraq Biləsuvar şəhərindəki Mərkəzi Parkda Biləsuvar Rayon İcra Hakimiyyətinin və “Azeri Home Chef” şirkətinin təşkilatçılığı ilə möhtəşəm Hind toyuğu Festivalı keçiriləcəkdir. Artıq üçüncü ildir ki, keçirilən Festivalda, Cənub bölgəsinin folkloru ilə tanışlıq və həvəskar aşpazların öz bacarıqlarını nümayiş etdirəcəyi, məşhur münsiflər heyətinin isə ən yaxşıları seçəcəyi “Yummy Turkey” adlı kulinariya müsabiqəsi keçiriləcək. Tədbirdə yerli və paytaxt brendləri, yeməklərin dequstasiyası, əyləncə musiqili proqram, məşhur aşpazlardan ustad…
Read MoreÖlüm qorxusu, Sinə ağrısı, Ürək döyüntüsü – Bunlar Sizdə varsa MÜTLƏQ İZLƏYİN!
17 noyabr–Milli dirlçəlişə qayıdışın tarixi
17 noyabr–Milli Dirçəliş Günüdür. 1988-ci ilin ilk günlərində Ermənistanın Azərbaycana qarşı açıq təcavüzü başlandı. Moskvanın, xüsusən də SSRİ-nin rəhbəri M.Qorbaçovun buna biganə münasibətini görən ermənilər planlı şəkildə, Ermənistan hökumətinin tapşırığı və göstərişilə Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlını öz ata-baba yurdlarından kütləvi surətdə qovdular. Ermənilər azərbaycanlıları təkcə öz ev-eşiklərindən qovmayırdılar, həm də onları cismən öldürür, diri-diri yandırırdılar. Ermənilərin tarixdə görünməmiş bu vandalizminə M.Qorbaçov və onun ətrafı heç bir reaksiya vermədilər. Ermənilər bununla da kifayətlənmədilər. 1988-ci ilin fevralın əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ixtişaşlar törətdilər. Onlar Azərbaycanın tarixi torpağı olan Dağlıq…
Read MorePensər çayından yenə təhlükə var
Astara rayonunun Şahağacı kəndi ərazisində torpaq sürüşməsi yenidən intensivləşib. “Regionpress.az” xəbər verir ki, Astara rayonunun ərazidən keçən Pensərçayın sağ və sol sahilləri sürüşmə səbəbindən 20 – 25 metr genişlənib. Şahağacı kəndinin sakinlərinin sözlərinə görə intensivləşən torpaq sürüşməsi 50 yaxın ev üçün təhlükəli vəziyyət yaradıb. Torpaq sürüşməsi vətəndaşların həyətyani sahələrindəki tikililərə, meyvə bağlarına da ciddi ziyan vurub. Kəndin gediş-gəliş yolu daraldığından ağır tonajlı yük maşınları yoldan keçə bilmir. Əraziyə çağrılan təcili yardım maşınları mənzil başına tam gələ bilmir. Hazırda sakinləri narahat edən çay kənarına bənd vurulmasıdır ki, Şahağacı kənd bələdiyyəsinin sədri…
Read MoreBiləsuvarda ətrafı məişət tullantıları ilə çirkləndirənlər aşkarlanıb
Biləsuvarda ətrafı məişət tullantıları ilə çirkləndirənlər aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Regionpress.az”a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsi və Ekolgiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının ətraf mühitin mühafizəsinin daha da gücləndirilməsi, sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə rayon ərazisində birgə keçirdikləri tədbirlər zamanı sənaye və məişət tullantılarının qalaqlanması halları aşkar olunub. Aşkarlanmış hallarla bağlı İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsilə inzibati tənbeh tədbiri tətbiq olunub. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Read More