Biləsuvarda yanğın olub

Biləsuvar rayonunda yanğ hadisəsi olub. “Regionpress.az” xəbər verir ki, hadisə rayonun Bağbanlar kəndində  baş verib. Belə ki, kənd sakini Əhmədov Fərzəli Ağamməd oğluna  məxsus  həyətyani sahədə yerləşən yardımçı tikili alovlanıb. Hadisə yerinə vaxtında gələn Biləsuvar rayon yanğından mühavizə bölməsinin əməkdaşları yanğının genişlənməsinin qarşını alıb. Ümumi sahəsi 90 m2 olan yardımçı tikilinin 6 m2 çardaq hissəsi və burada yığılmış 750 kq ot kipinin 250 kq-ı yanıb. Xoşbəxtlikdən yanğın xəsarətsiz ötüşüb. Faktla bağlı araşdırma aparılır.

Read More

Taxta parçasını sənət əsərinə cevirən sənətkar

Oyma, yonma, cızma üsulu ilə sənət əsərlərinin yaradılması ənənəsi ölkəmizdə tarixən mövcud olub. Əcdadlarımızın hələ qədim dövrlərdə daş üzərində oyub-cızdıqları rəsmlər, fiqurlar buna sübutdur. “Regionpress.az” xəbər verir ki, bu gün ölkəmizdə bu sənəti yaşadan azsaylı sənətkarlardan biri Rauf İbrahimovdur. Salyan şəhər 4 saylı orta məktəbin təsviri incəsənət müəllimi işləyən oymacı sənətkar böyük sevgiylə öz sənətini yaşadır. Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Bədii qrafika” fakültəsinin tələbəsi Rauf müəllim 2000-ci ildən başlayaraq bədii oyma sənətində mükəmməl sənət əsərləri yaratmağa nail olub. İlk dəfə dörd il öncə, özünü Nizami Gəncəvin əsərlər qəhrəmanı Bəhram Gurun…

Read More

Biləsuvarda GPON texnologiyası əsasında yeni rabitə şəbəkəsinin qurulması son mərhələdədir

Biləsuvar rayonunda rabitə infrastrukturunun təkmilləşdirilməsi, əhaliyə keyfiyyətli rabitə və yüksək sürətli internet xidmətlərinin göstərilməsi məqsədilə görülən işlər sürətlə davam etdirilir. “Regionpress.az” xəbər verir ki, bu sahədə 2023-cü ildə Biləsuvar şəhərində başlanılan işlərin yekunu olaraq ilin sonunda artıq şəhərin bütün küçələrində və yeni yaşayış massivlərində ev təsərrüfatlarını sürətli internetlə və dayanıqlı rabitə ilə təmin edən müasir GPON şəbəkəsi qurularaq əhalinin istifadəsinə verilib. Hazırda bu istiqamətdə bütün kəndlərdə kompleks işlərə başlanılıb. Kəndlərdə vətəndaşların informasiya-telekommunikasiya şəbəkəsindən dayanıqlı, təhlükəsiz və keyfiyyətli istifadə etmələri üçün ölkənin rəqəmsal transformasiya siyasətinə uyğun olaraq yeni nəsil avadanlıqlar quraşdırılır, layihələr…

Read More

Bağban: Ağac da canlıdır, uşaq kimi qulluq istəyir

Azərbaycanda meyvəçiliyin intensiv texnologiyalar əsasında inkişaf etdirilməsi hazırda aqrar sektorun qarşısında dayanan əsas hədəflərdən biridir. Artıq bir sıra bölgələrində bu sahənin inkişafı öz növbəsində,  əhalinin məşğulluğunun təmin edilməsi və sosial rifah halının yaxşılaşmasında da mühüm rol oynayır.  “Regionpress.az” xəbər verir ki, son illər Biləsuvar rayonunda yeni meyvə bağları salınarq, yerli torpaq-iqlim şəraitinə uyğun meyvə ağaclarının yetişdirilməsinə başlanılıb. Rayonun Bağbanlar kəndindən, müəllim olan Ramin Həsənov zəngin çeşidli tingçilik təsərrüfatının sahibidir. Zəngin çeşidli meyvə sortlarının tinglərinin becərilməsində həyətyanı torpaq sahəsi ilə yanaşı, çöl əkin sahəsindən də istifadə edir. O, ağaclara qulluqdan danışarkən…

Read More

31 mart azərbaycanlıların soyqırımı gününə həsr olunan elmi konfrans keçirilib

Biləsuvar rayonunda 31 mart azərbaycanlıların soyqırımı gününə həsr olunan elmi konfrans keçirilib. “Bilesuvarinfo” xəbər verir ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində keçirilən konfransda Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, Azərvaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasinin müdiri, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova, AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Tarix nəzəriyyəsi, mənbəşünaslıq və tarixşünaslıq şöbəsinin baş elmi işçisi, dosent, tarix üzrə elmlər doktoru Vaqif Abışov, AMEA-nın Arxelogiya və…

Read More

Biləsuvar rayon sakini bir əsr öncə əkilən ağacları qoruyub saxlayır

Biləsuvar rayonunda yaşı yüz ildən çox olan tut ağacları var. “Regionpress.az” xəbər verir ki, bu ağaclar rayonun Zəhmətabad kəndində, biologiya müəllimi Vidadi Məmmədovun evinin həyətindədir. O, bildirmişdir ki, bu ağacların tarixinin qədim olmasını ilk nənəmdən eşitmişəm: “1924-ci il təvəllüdlü olan mərhum nənəm kəndimizdə doğulub. O, mənə uşaq yaşlarında bu ağacları iri gövdəli görməsindən danışıb.. . İndi bizim yaşadığımız bu yerdə kəndimizə məxsuz kolxozun uşaq bağçası olub. Yəni kolxazda çalışan qadınlar öz uşaqlarını bura gətirdikdən sonra pambıq tarlalarına işə yola düşüblər. Həmin dövürlərdə kəndimizin uşaqlarını bu ağacların kölgəsi qızmar yay günəşi…

Read More

Zəhmətkeş alim, qayğıkeş insan

Ələddin Eyvazov 26 mart 1967-ci ildə Biləsuvar rayonunun İsmətli kəndində anadan olub. 1984-cü ildə İsmətli kənd orta məktəbini bitirib, həmin il Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universitetinin) Meyvə-Tərəvəzçilik və Üzümçülük fakültəsinə daxil olub. 1991-ci ildə institutu fərqlənmə diplomu ilə bitirərək alim aqronom ixtisasına yiyələnmişdir. 2013–2014-cü illərdə həmin universitetin baytarlıq fakültəsində distant təhsil alaraq baytar həkim ixtisasını almışdır. Elm yolunda gərgin fəaliyyəti Ələddin müəllimə hər zaman baş ucalığı gətirib. Onun öz peşəsinin kamil bilicisi olması hələ ilk fəaliyyətində, 1991–1994-cü illərdə KTN Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutunda kiçik elmi işçi olarkən özünü göstərib. Daha…

Read More

“Qağaməli Seyfullayevin deyil, yaxşı olar ki, keçmişinizi müzakirələrə çıxarın”

İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Qağaməli Seyfullayev  rəhbərliye sədaqət nümunesidir . Qağaməli Seyfullayevi tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır. “Regionpress.az” xəbər verir ki, bu haqda Pressxəbər informasiya agentliyində dərc olunan yazıda qeyd olunub. Bildirilib ki, son bir neçə gündür ki, bəzi “ağzıgöyçək” media qurumlarında Qağaməli Seyfullayev barəsində lazımi əsası olmayan yazılar tirajlanmaqdadır. Yəni, hələ də bu qədər ucuzluğa, dayaz addımlar atmağa həvəs göstərən media qurumlarının hərəkətlərini başa düşmək olmur. Bəzi media qurumlarında adı çəkilən vəzifə sahibi haqda xoşagəlməz…

Read More

Vidadi Məmmədov, bioloq: Təbiətimizdəki faydalı bitkilərdən lazımı qədər istifadə edib sağlamlığımızın qayğısına qalmırıq

Muğanda yetişən çoxlarının diqqətindən kənarda qalan gicitkən sən demə dünyanın ən qiymətli bitkilərindən biri olan jenşen qədər min bir dərdin dərmanı imiş. Bəzən ətrafımızda, ana təbiətin bizə bəxş etdiyi nemətlərin  fərqinə varmırıq. Biləsuvarın Bağbanlar kəndindən olan biologiya müəllimi, tədqiqatçı  Vidadi Məmmədov Regionpress.az-a bu haqda danışarkən bildirib ki, yaxşı yaşamaq üçün daha çox çalışırıq, lakin düşunmürük ki, yaxşı  yaşamaq üçün sağlam olmaq lazımdır: “Aran bölgəsində yüzlərlə faydalı bitkilər var ki, bunlar min bir dərdin dərmanıdır. Bu bitkilər əsasən də müalicəvi olmaqla çox qiymətlidirlər.  Bunlardan ən çox yayılmışları çobanyastığı, həməköməci, boymadərən, bağayarpağı,…

Read More