İlaxır çərşənbə Təhsil Kompleksində coşquyla qeyd olunub 

Ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən İlaxır-Torpaq çərşənbəsi  Biləsuvarda Milli Qəhrəman  Mübariz İbrahimovun adını daşıyan Təhsil Kompleksində də kollektivin böyük coşqu və yüksək əhval ruhiyyəsi ilə qeyd olunub. İstedadlı şagirdlərin ifasında biri-birindən maraqlı kompazisiyalarla təqdim olunan  bayram şənliyi bu dəfə  özəlliyi ilə yadda qalıb. Təhsil Kompleksinin icraçı direktoru    Aqşin Bağırov  şənlikdə çıxış edərək, bütün iştirakçılara ilaxır çərşənbə və Novruz bayramı münasibətilə səmimi təbriklərini və xoş arzularını bildirib. Hər kəsə cansağlığı, ailələrə bol ruzi-bərəkət arzulayıb. “Novruz bayramı böyük bir keçmişimiz, tariximiz və mədəniyyətimizdir. …

Read More

İsmətli kəndinin sakini: Kəndimizin girişinə atılan zibilləri təmizləyən yoxdur

Biləsuvar rayonunun İsmətli kəndinin giriş hissəsi zibil tullantıları ilə çirkləndirilib. Regionpress.az xəbər verir ki, kənd sakinləri yaranan bu vəziyyətdən çox narahatdır. İsmətli kənd sakini Əflan Əmənov bildirir ki, kəndin girişində yaranan bu mənzərə xeyli müddətdir davam edir: “Dəfələrlə kənd icra nümayəndəsi və bələdiyyəsinə məlumat verilib, ancaq heç bir nəticə olmayıb. Hətta, bir müddət qabaq məişət tullantılarının müəyyən edilmiş yerlərdən kənara atılması, ətrafın zibillənməsi hallarına görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən İsmətli bələdiyyəsinə cərimə də tətbiq olunub, bələdiyyə nəticə çıxarıb kənddə məişətdən çıxan tullantıların daşınmasını təşkil etmir. Bəzi vətəndaşlar da…

Read More

Prezidentimiz xalqına verdiyi bütün vədlərə sadiqlik nümayiş etdirib

Biləsuvarlı seçicilərlə növbəti görüş keçirilib Keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində  yanvarın 22-də  Biləsuvar şəhəri “28 may küçəsi 19 ünvanında”, eləcə də rayonun Zəhmətabad və Əliabad kəndlərində yaşayan seçicilərlə görüş keçirilib. Görüşdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, təşviqat qrupunun üzvlərindən Akif Kazımov, Talıbağa Talıbov, Mirhənifə Mirsultanov, Zakir Şahbazov və Qənbərəli Bağırov, Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov, şəhid Rahət İsayevin atası Rafət  İsayev çıxış ediblər. Çıxışlarda bildirilib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu daxili…

Read More

Müəllimlərin nəzərinə!

📌📌📌Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksi 📣📣📣RİYAZİYYAT, İNGİLİS DİLİ və İBTİDAİ SİNİF MÜƏLLİMİ vəzifəsi üzrə vakansiya elan edir. 📣📣📣 ♦ Vəzifə ilə bağlı aşağıdakı tələblər qoyulur: – Ali təhsil ; – MS Office proqram paketindən istifadə bacarıqları; – Səmərəli kommunikasiyanın qurulması və komanda ilə işləmək bacarığı; – İnteraktiv təlim və müasir tədris metodlarını tətbiq etmək bacarığı; – Sinifdə təlimin planlaşdırılması, təlim materiallarının və qiymətləndirmə vasitələrinin hazırlanması; ♦ Arzuolunandır: – Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən Müəllimlərin işə qəbul imtahanının nəticəsi və ya diaqnostik imtahan nəticəsi; ♦ Mövcud olan…

Read More

O, da xaricdə təhsil almaq hüququnu əldə edib

Bakı Ali Neft Məktəbinin bir qrup tələbəsi xaricdə təhsil almaq imkanı  qazanıb. “Regionpress.az” xəbər verir ki, bu haqda ali təhsil ocağının rektoru Elmar Qasımov öz fecbook səhifəsində paylaşım edib. Belə ki, Ali Məktəbimizin daha bir qrup tələbəsi 2023/2024-cü tədris ilinin yaz semestrini Almaniya, Bolqarıstan, İspaniya, Polşa və Türkiyə universitetlərində təhsil almaq şansı əldə edib. “Erasmus+KA107” və mübadilə proqramları ilə təhsillərini davam etdirəcək 12 tələbə və onların valideynləri ilə görüşdə BANM-in rektoru E. Qasımov xoş arzularını çatdırıb. Proqramdan yararlanmaq imkanı əldə etmiş tələbələrdən biri Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin məzunu…

Read More

Məktəbdən oğurluq edənlər saxlanılıb

Yeni tikilən məktəbdən oğurluq edən Biləsuvar sakinləri saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar rayonunun Bəydili kəndində tikilməkdə olan yeni məktəb binasının anbarından müxtəlif vaxtlarda dəyəri 2300 manat olan məişət və təmir-tikinti avadanlıqlarının oğurlanması barədə polisə məlumat daxil olub. Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri Alışan Əzizli, Zahid Babayev və Kamran Sadıqzadə müəyyən edilərək saxlanılıblar. Oğurlanan əşyalar onlardan aşkarlanaraq maddi sübut kimi götürülüb. Bundan əlavə, şöbə əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki yaşayış evlərindən…

Read More

Oğurluğa görə saxlanılmışdı, evindən tapança da aşkarlandı

Cəlilabad  rayon ərazisində yerləşən evlərdən oğurluq edənlər yaxanalıb. “Regionpress.az” xəbər verir ki, rayon ərazisində yerləşən 3 yaşayış evindən dəyəri 6 min manatdan artıq müxtəlif məişət əşyalarını oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakinləri Səməd Səfərov, əvvəllər məhkum olunmuşlar Xaləddin Əliyev və Azər Qəhrəmanov saxlanılıb. Onların oğurladıqları əşyalar onlardan aşkarlanaraq maddi sübut kimi götürülüb. X. Əliyevin yaşadığı evdən 1 ədəd “Makarov” tipli tapança, həmin silaha aid daraq və 5 ədəd patron aşkarlanaraq götürülüb. Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.

Read More

Nəvəsini məktəbdən gətirirdi, yıxılıb öldü

Şaxtalı havada yolların buz bağlaması kişinin ölümünə səbəb olub. “Regionpress.az” xəbər verir ki, hadisə bu gün saat 17-18 radələrində Biləsuvar rayonunda olub. Belə ki,  Biləsuvar şəhər sakini, 1958-ci il təvəllüdlü Cəmil Rəhimov  piyada yolunda hərəkətdə olarkən, buzlu yolda sürüşərək yıxılıb. Başından ağır xəsarət alan C.Rəhimov xəstəxanaya çatdırılarkən vəfat edib. Qeyd edək ki, 66 yaşlı baba azyaşlı nəvəsini buzlu yollardan təhlükəsiz  evə gətirmək üçün məktəbdən gəlirmiş.

Read More

Bu rayonlardan olan fermerlərə sığorta ödənişləri təqdim olunub

Aqrar Sığorta Fondu fermer təsərrüfatlarına dəyən zərərlə bağlı sığorta ödənişlərini davam etdirir.  “Regionpress.az” xəbər verir ki, Cəlilabad, Biləsuvar, Yardımlı və Lerikdə sığortalanmış fermerlərin bir hissəsinə sığorta ödənişləri təqdim edilib. Biləsuvar rayonunda sözügedən rayonlardan fermerlərə sığorta ödənişlərinin təqdimatı  tədbirində bildirilib ki, ölkədə aqrar sığortanın əhatə dairəsi və ödənişləri sürətlə genişlənir. 2023-cü ilin 11 ayının nəticələrinə görə, Fond tərəfindən zərər görən təsərrüfatlara ümumilikdə 4 milyon manata yaxın ödənişlər edilib və bu məbləğ günü gündən artmaqdadır. Tədbirdə iştirak edən fermerlərə ümumilikdə 40 min manatdan artıq ödəniş edilib. Zərər ödənişləri Cəlilabad, Biləsuvar və Yardımlı…

Read More