Lənkəranda qızılcadan  ölüm olub

Lənkəranda qızılca xəstəliyindən 3 yaşlı uşaq ölüb. “Regionpress.az” xəbər verir ki, rayonun Şirinsu qəsəbəsində 3 yaşlı Uğur Elvin oğlu Abızadədə bir həftə öncə yüksək hərarətdən sonra ev şəraitində müalicə olunub. Ötən gün uşağın yenidən hərarəti yüksəlib və çağırılan təcili tibbi yardım briqadası uşağın xəstəxanaya aparılmasına çalışsa da, valideinləri  buna etiraz edib. Təcili yardım briqadası gedəndən sonra  halı yenidən ağırlaşan uşaq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlər uşağa yardım göstərsə də onun həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, ailənin digər övladı 2019 – cu il təvəllüdlü Yunus Elvin oğlu…

Read More

Lerikdə qaz balonunun partlaması iki nəfərə ağır xəsarətlə nəticələndi

Lerikdə bədbəxt hadisə bir ailənin iki üzvünün ağır xəsarət  almasına səbəb olub. “Regionpress.az” xəbər verir ki,  hadisə rayonun Noda kəndində bu gün olub. Belə ki, evdə maye qaz balonu partlayıb. Partlayış nəticəsində rayonunun Noda kənd sakinləri 1969 – cu il təvəllüdlü Asif Əliabbas oğlu Məmmədov və onun həyat yoldaşı 1970 – ci il təvəllüdlü İlhamə Mürsəl qızı Məmmədova ağır bədən xəsarətləri alıblar. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. İ.Məmmədovanın vəziyyəti daha ağırdır və o dərhal xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Read More

Biləsuvarda “SƏBA” şirkətinin avtomobili qəzaya düşüb, ölən var

Ələt-Astara magistralında ağır yol qəzası baş verib. “Regionpress.az” xəbər verir ki, magistralın Biləsuvar rayonundan keçən hissəsində yük avtomobili qarşıda dayanan yük avtomobilinə çırpılıb. Qəzada Lənkəran rayonunun Liman şəhər sakini 1995-ci il təvəllüdlü Vüqar Heyrət oğlu Əsgərli ölüb. Həmin nəqliyyat vasitəsinin sürücüsü Lənkəran rayonunun Hirkan qəsəbə sakini 1965-ci il təvəllüdlü Tofiq Abbas oğlu Salahlı baş nahiyəsindən xəsarət alaraq Biləsuvar Rayon Xəstəxanasına yerləşdirilib. Qeyd edək ki, onların  qəzaya düşdüyü nəqliyyat vasitəsi “SƏBA” şirkətinə məxsusdur. Toyuq ətinin satışını həyata keçirirlərmiş. Faktla bağlı araşdırma davam etdirilir.  

Read More

Müəllimlər şagirdlərinin olimpiadalarada uğurları və sertifikatlaşdırmada yüksək nəticələrinə görə mükafatlandırıldı

Şirvan-Salyan Regional Təhsil İdarəsində Respublika Fənn Olimpiadalarında uğur qazanmış şagirdlərin müəllimləri və təhsilverənlərin sertifikatlaşdırmasında yüksək bal toplamış müəllimlərlə görüş olub. “Regionpress.az” xəbər verir ki, görüşdə idarə rəisi Sənan Mənsimli təhsilə göstərilən dövlət qayğısından söz açarkən bildirmişdir ki, bütün  bununla əsas məqsəd təhsilimizin dünya təhsilinə yaxından inteqrasiyasıdır. Görüşdə çıxış edən müəllimlər dəvətə və onların əməyinə verilən qiymətə görə təhsil idarəsinin rəhbərliyinə minnətdarlığını bildirib. Qeyd etmişlər ki, onların əməyinin bu formada rəğbətləndirilməsi gələcəkdə də yeni uğurların əldə edilməsi üçün böyük bir motivasiya verir. Görüşün sonunda sözügedən istiqamətlərdə əldə etdikləri mühüm uğurlarına görə…

Read More

Toyuq kəsim sexində nöqsanlar aşkarlanıb

Toyuq kəsim sexində nöqsanlar aşkarlanıb. Masallıda toyuq kəsim sexində baytarlıq, sanitar – gigiyenik tələblərin əməl olunmaması aşkarlanıb. AQTA – nin Lənkəran – Astara bölməsinin böyük məsləhətçisi Tamerlan Məmmədov APA – nın cənub bürosuna verdiyi məlumatda bildirib ki, 1003 çağrı mərkəzinə daxil olan şikayət əsasında Masallı rayon sakini fiziki şəxs Feyziyev Mirramil Mirhüseyn oğluna məxsus toyuq kəsim sexinə baxış keçirilmişdir. Baxış zamanı sexdə qida təhlükəsizliyi baxımından texniki normativ hüquqi aktlarının tələblərinə əməl olunmadığı aşkarlanmışdır və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Kəsilmiş toyuq məhsullarından nümunə götürülərək müayinə olunması üçün Azərbaycan Qida Təhlükəsizliyi institunun müvafiq…

Read More

Azərbaycanda 3 xüsusi təyinatlı hərbi kollec yaradılır – FƏRMAN

Prezident İlham Əliyev “Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında” Fərman imzalayıb. “Regionpress.az” xəbər verir ki, Fərmanla Azərbaycan Nazirlər Kabineti peşəkar gizir heyətinin hazırlanması məqsədilə Bakı, Gəncə şəhərlərində və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində 3 xüsusi təyinatlı hərbi kolleci (bundan sonra – hərbi kollec) üç ay müddətində yaradacaq və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək. Fərmana əsasən, 2024–2025-ci tədris ilindən başlayaraq təhsil almaq üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki ali təhsil…

Read More

Biləsuvar sakinləri Cəlilabadda ağır qəzaya düşdü

Biləsuvar sakinləri Cəlilabadda ağır qəzaya düşd Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. “Bilesuvaronfo” xəbər verir ki, hadisə köhnə Ələt-Astara yolunun Cəlilabadın Alar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mitsubishi” və “VAZ-2107” markalı minik avtomobilləri toqquşub. Ağır yol qəzasında Biləsuvar rayonu, Xırmandalı kənd sakini 1991-ci il təvəllüdlü Cəfərli Xosrov Xanverdi oğlu ölüb. Bu rayondan olan digər sakinlər: 1987-ci il təvəllüdlü Ülkər Səmədova, 1964-cü il təvəllüdlü Zemfira Ağayeva, 1986-cı il təvəllüdlü Rəşad Rzayev, 1993-cü il təvəllüdlü Şövqi Qasımlı və Mehrac Qəhrəmanov xəsarət alıb. Onlardan ikisinin xəsarəti çiddi  olduğundan Bakı…

Read More

Şirvan-Salyan Regional Təhsil İdarəsi İbrahim Hüseynovla bağlı acıqlama yayıb

Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən son günlər sosial mediada  İbrahim Hüseynovla bağlı paylaşımlara münasibət bildirilib. “Regionpress.az” xəbər verir ki,  idarə tərəfindən verilən açıqlamada qeyd olunur: – Salyan rayon sakini İbrahim Hüseynovun texniki ştat vahidi üzrə işə götürülməsi, vəzifəsinin dəyişdirilməsi ilə bağlı paylaşılan məlumatlar Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən araşdırılıb. Millət vəkilləri Fəzail Ağamalı və Etibar Əliyevin sosial mediada verdikləri, reallığı əks etdirməyən birtərəfli məlumatlara cavab olaraq bir daha bildiririk ki, Sənan Mənsimli tərəfindən işə götürülməsi iddia edilən İbrahim Hüseynov öz xahişi və müraciəti əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial…

Read More

Biləsuvarda ulu öndər Heydər Əliyevin xatirəsi anılıb

Biləsuvar rayonunda ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib. “Regionpress.az” xəbər verir ki, rayonda Heydər Əliyev Parkında ümummilli lideri Heydər Əliyevin vəfatının 20-ci ildönümü qeyd olunub. Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilatların kollektivləri, şagirdlər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Tədbirdə iştirak edənlər ulu öndərə olan məhəbbətlərini ifadə edib, dahi şəxsiyyətin abidəsi önünə tər çiçəklər düzərək əziz xatirəsini ehtiramla yad ediblər.

Read More