Maşalla Əliyevin 70 illik yubileyi münasibətilə tədbir keçirildi

Cəlilabad rayon Veteranlar təşkilatı “Qarabağ qaziləri” İctimai birliyinin Cəlilabad rayon bölməsinin sədri Maşalla Əliyevin 70 illik yubileyi münasibətilə tədbir keçirdi. “Regionpress.az” xəbər verir ki, tədbirdən öncə torpaqlarımızın azadlığı uğrinda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi hörmət və ehtiramla yad edildi. Rayon Veteranlar təşkilatının sədri, şair-publisist Ədalət Salman Qarabağ müharibəsi qazisi, iki ayağını da döyüş cəbhəsində itirmiş Maşalla Əliyevin gənclərimizə örnək olan həyat və döyüş yolundan danışdı, onun məktəbli gənclərin vətənpərvər ruhda tərbiyəsində göstərdiyi müstəsna xidmətlərini xüsusilə vurğuladı. O, yubilyara Veteran Təşkilatının Fəxri fərmanını və hədiyyələr təqdim etdi. Tədbirdə Azərbaycan Yazıçılar…

Read More

Ürək cavandır hələ…

Olur ki, biz media işçiləri sözdən israfçılıqla istifadə edirik. Qəhrəmanımıza layiq olduğundan artıq don geydiririk. Hesab edirəm ki, belə də hörmətli oxucularımız bizdən çox vaxt incik düşür. Naxçıvan Muxtar Respublikasının və Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Akademik Musiqili Teatrın direktoru Əliqismət Lalayev haqqında bu qeydləri gecənin  bir aləmində qeydə almağa başlayanda, nədənsə, ilk xatırladığım bunlar oldu. Görəsən 68 illik ömrünün demək olar ki, yarım əsrdən çoxunu Teatr sahəsinə həsr etmiş bu yüksək ziyalının ömür yoluna işıq sala biləcəyəmmi? Zəngin həyat yolu keçmiş Əliqismət müəllim…

Read More

Xeyirxah əməlli Şəmsi ustanı bəlkə də elə sürücü yoxdur ki, tanımasın…

Şəmsi usta 30 ildən çoxdur rayon sakinlərinə fasiləsiz xidmət göstərir, yanına gələn müştərilər onun göstərdiyi xidmətin keyfiyyətindən, səmimi davranışından razılıqlarını bildirir. Artıq bu illərdə yüzlərlə sürücünün doğma, dəyişməz  ünvanına çevrilib onun avtomobil təmiri sexi.. . “Regionpress.az” xəbər verir ki, avtomobil çilingəri Şəmsi Rəcəbova məxsuz avtomobillərin təmiri sexi Biləsuvar şəhərindədir. Onun  göstərdiyi xidmətindən hər kəs razı salır. Afət Hüseynov deyir ki, uzun illər sürücülük edirəm: “Dəfələrlə olub, avtomobilimdə texniki problemlem yaranarkən maddi imkanım zəif olub. Sağ olsun, Şəmsi usta sanki yoxdan-var düzəldib, nasaz detalları sazlayıb maşınımı mənə təhvil verib. Bəzi ustalardan fərqli…

Read More

Orucluq bayramında “Azəraqrar Tikinti Şirkəti” MMC- dən  xeyirhahlıq nümunəsi

Deyirlər ki, xeyirxahlıq insanlar arasındakı münasibətlərdə təzahür edir, təmənnasız, heç bir əvəz ummadan edilən yaxşılıq kimi meydana çıxır. Xeyirxah olmaq üçün insan ilk növbədə mənən zəngin, böyük ürək sahibi olmalıdır. Genetik yaddaşın bir qəlpəsi olan xeyirxahlıq qannan, ilikdən, tərbiyəynən süzülüb gəlir. “Regionpress.az” xəbər verir ki,  Biləsuvar şəhərində aztəminatlı ailənin yaşadığı mənzil qaz təminatı həyata keçirilib. Ailə başcısının sözlərinə görə 15 ildən artıq idi ki, bu mənzildə yaşayırıq. Artan ailə ehtiyacları, səhhətimlə bağlı işləyə bilməməyim qaz sayğacı ilə bağlı ödənişləri etməyə imkan verməyib: “ Sağ olsunlar, “Azəraqrar Tikinti Şirkəti” MMC tərəfəindən çətinliyimiz…

Read More

Prezident İlham Əliyevin Hacıqabul, Gəncə və Qəbələyə səfəri yalnız işğaldan azad olunmuş ərazilərin yox, ölkəmizin hər bir guşəsinin diqqət mərkəzində olduğunu göstərir

Azərbaycanda mövcud iqtisadi potensialın əhəmiyyətli hissəsinin Qarabağ və Şərqi Zəngəzurda quruculuq və bərpa prosesinə, habelə Böyük Qayıdışa sərf edilməsi fonunda Prezident İlham Əliyevin Hacıqabul, Gəncə və Qəbələyə növbəti səfəri yalnız işğaldan azad olunmuş ərazilərin yox, ölkəmizin hər bir guşəsinin diqqət mərkəzində olduğunu göstərir və uzunmüddətli dövrdə iqtisadi artımın sağlam və tarazlığının təmin edilməsi istiqamətində mühüm addımdır. “Regionpress.az” xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov söyləyib. Onun sözlərinə görə, Prezident İlham Əliyev fəaliyyətində, xüsusən güclü və müstəqil iqtisadiyyat quruculuğunda şaxələndirmə həmişə mühüm prioritet kimi diqqət çəkib. “Özünün…

Read More

Biləsuvarda “Kalaşnikov” avtomatı gəzdirən şəxs saxlanılıb

Bərdə rayon sakini Biləsuvarda avtomat silahı ilə saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Regionpress.az”a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz odlu silah gəzdirməkdə şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Daşqın Əzizov saxlanılıb. Ona məxsus idman çantasından 1 ədəd “AKS-74” markalı avtomat silahı aşkarlanaraq götürülüb. Faktla bağlı Biləsuvar RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə D.Əzizov barəsində həbs qətimkan tədbiri seçilib.

Read More

Biləsuvarda avtomobil aşdı, xəsarət alanlar var

Biləsuvar rayonunda yol-nəqliyyat qəzası baş verib. “Regionpress.az” xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, İmişli rayonunun Sarxanlı kənd sakini 1992-ci il təvəllüdlü Əsədov Amil Ramiz oğlunun idarə etdiyi “Mercedess” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəzada sürücü, sərnişini qismində olan  həmkəndliləri 1996-cı il təvəllüdlü Nicat Telman oğlu Tarverdiyev və 1991- cı il təvəllüdlü  İsmayıllı Murad Zahir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatırılıb. Faktla bağlı  araşdırma aparılır.

Read More

Biləsuvarda yanğın olub

Biləsuvar rayonunda yanğ hadisəsi olub. “Regionpress.az” xəbər verir ki, hadisə rayonun Bağbanlar kəndində  baş verib. Belə ki, kənd sakini Əhmədov Fərzəli Ağamməd oğluna  məxsus  həyətyani sahədə yerləşən yardımçı tikili alovlanıb. Hadisə yerinə vaxtında gələn Biləsuvar rayon yanğından mühavizə bölməsinin əməkdaşları yanğının genişlənməsinin qarşını alıb. Ümumi sahəsi 90 m2 olan yardımçı tikilinin 6 m2 çardaq hissəsi və burada yığılmış 750 kq ot kipinin 250 kq-ı yanıb. Xoşbəxtlikdən yanğın xəsarətsiz ötüşüb. Faktla bağlı araşdırma aparılır.

Read More

Taxta parçasını sənət əsərinə cevirən sənətkar

Oyma, yonma, cızma üsulu ilə sənət əsərlərinin yaradılması ənənəsi ölkəmizdə tarixən mövcud olub. Əcdadlarımızın hələ qədim dövrlərdə daş üzərində oyub-cızdıqları rəsmlər, fiqurlar buna sübutdur. “Regionpress.az” xəbər verir ki, bu gün ölkəmizdə bu sənəti yaşadan azsaylı sənətkarlardan biri Rauf İbrahimovdur. Salyan şəhər 4 saylı orta məktəbin təsviri incəsənət müəllimi işləyən oymacı sənətkar böyük sevgiylə öz sənətini yaşadır. Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Bədii qrafika” fakültəsinin tələbəsi Rauf müəllim 2000-ci ildən başlayaraq bədii oyma sənətində mükəmməl sənət əsərləri yaratmağa nail olub. İlk dəfə dörd il öncə, özünü Nizami Gəncəvin əsərlər qəhrəmanı Bəhram Gurun…

Read More