Biləsuvar rayonunda rabitə infrastrukturunun təkmilləşdirilməsi, əhaliyə keyfiyyətli rabitə və yüksək sürətli internet xidmətlərinin göstərilməsi məqsədilə görülən işlər sürətlə davam etdirilir. “Regionpress.az” xəbər verir ki, bu sahədə 2023-cü ildə Biləsuvar şəhərində başlanılan işlərin yekunu olaraq ilin sonunda artıq şəhərin bütün küçələrində və yeni yaşayış massivlərində ev təsərrüfatlarını sürətli internetlə və dayanıqlı rabitə ilə təmin edən müasir GPON şəbəkəsi qurularaq əhalinin istifadəsinə verilib. Hazırda bu istiqamətdə bütün kəndlərdə kompleks işlərə başlanılıb. Kəndlərdə vətəndaşların informasiya-telekommunikasiya şəbəkəsindən dayanıqlı, təhlükəsiz və keyfiyyətli istifadə etmələri üçün ölkənin rəqəmsal transformasiya siyasətinə uyğun olaraq yeni nəsil avadanlıqlar quraşdırılır, layihələr…
Read MoreCategory: Bütün xəbərlər
Bağban: Ağac da canlıdır, uşaq kimi qulluq istəyir
Azərbaycanda meyvəçiliyin intensiv texnologiyalar əsasında inkişaf etdirilməsi hazırda aqrar sektorun qarşısında dayanan əsas hədəflərdən biridir. Artıq bir sıra bölgələrində bu sahənin inkişafı öz növbəsində, əhalinin məşğulluğunun təmin edilməsi və sosial rifah halının yaxşılaşmasında da mühüm rol oynayır. “Regionpress.az” xəbər verir ki, son illər Biləsuvar rayonunda yeni meyvə bağları salınarq, yerli torpaq-iqlim şəraitinə uyğun meyvə ağaclarının yetişdirilməsinə başlanılıb. Rayonun Bağbanlar kəndindən, müəllim olan Ramin Həsənov zəngin çeşidli tingçilik təsərrüfatının sahibidir. Zəngin çeşidli meyvə sortlarının tinglərinin becərilməsində həyətyanı torpaq sahəsi ilə yanaşı, çöl əkin sahəsindən də istifadə edir. O, ağaclara qulluqdan danışarkən…
Read More31 mart azərbaycanlıların soyqırımı gününə həsr olunan elmi konfrans keçirilib
Biləsuvar rayonunda 31 mart azərbaycanlıların soyqırımı gününə həsr olunan elmi konfrans keçirilib. “Bilesuvarinfo” xəbər verir ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində keçirilən konfransda Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, Azərvaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasinin müdiri, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova, AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Tarix nəzəriyyəsi, mənbəşünaslıq və tarixşünaslıq şöbəsinin baş elmi işçisi, dosent, tarix üzrə elmlər doktoru Vaqif Abışov, AMEA-nın Arxelogiya və…
Read MoreBiləsuvar rayon sakini bir əsr öncə əkilən ağacları qoruyub saxlayır
Biləsuvar rayonunda yaşı yüz ildən çox olan tut ağacları var. “Regionpress.az” xəbər verir ki, bu ağaclar rayonun Zəhmətabad kəndində, biologiya müəllimi Vidadi Məmmədovun evinin həyətindədir. O, bildirmişdir ki, bu ağacların tarixinin qədim olmasını ilk nənəmdən eşitmişəm: “1924-ci il təvəllüdlü olan mərhum nənəm kəndimizdə doğulub. O, mənə uşaq yaşlarında bu ağacları iri gövdəli görməsindən danışıb.. . İndi bizim yaşadığımız bu yerdə kəndimizə məxsuz kolxozun uşaq bağçası olub. Yəni kolxazda çalışan qadınlar öz uşaqlarını bura gətirdikdən sonra pambıq tarlalarına işə yola düşüblər. Həmin dövürlərdə kəndimizin uşaqlarını bu ağacların kölgəsi qızmar yay günəşi…
Read MoreZəhmətkeş alim, qayğıkeş insan
Ələddin Eyvazov 26 mart 1967-ci ildə Biləsuvar rayonunun İsmətli kəndində anadan olub. 1984-cü ildə İsmətli kənd orta məktəbini bitirib, həmin il Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universitetinin) Meyvə-Tərəvəzçilik və Üzümçülük fakültəsinə daxil olub. 1991-ci ildə institutu fərqlənmə diplomu ilə bitirərək alim aqronom ixtisasına yiyələnmişdir. 2013–2014-cü illərdə həmin universitetin baytarlıq fakültəsində distant təhsil alaraq baytar həkim ixtisasını almışdır. Elm yolunda gərgin fəaliyyəti Ələddin müəllimə hər zaman baş ucalığı gətirib. Onun öz peşəsinin kamil bilicisi olması hələ ilk fəaliyyətində, 1991–1994-cü illərdə KTN Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutunda kiçik elmi işçi olarkən özünü göstərib. Daha…
Read More“Qağaməli Seyfullayevin deyil, yaxşı olar ki, keçmişinizi müzakirələrə çıxarın”
İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Qağaməli Seyfullayev rəhbərliye sədaqət nümunesidir . Qağaməli Seyfullayevi tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır. “Regionpress.az” xəbər verir ki, bu haqda Pressxəbər informasiya agentliyində dərc olunan yazıda qeyd olunub. Bildirilib ki, son bir neçə gündür ki, bəzi “ağzıgöyçək” media qurumlarında Qağaməli Seyfullayev barəsində lazımi əsası olmayan yazılar tirajlanmaqdadır. Yəni, hələ də bu qədər ucuzluğa, dayaz addımlar atmağa həvəs göstərən media qurumlarının hərəkətlərini başa düşmək olmur. Bəzi media qurumlarında adı çəkilən vəzifə sahibi haqda xoşagəlməz…
Read MoreVidadi Məmmədov, bioloq: Təbiətimizdəki faydalı bitkilərdən lazımı qədər istifadə edib sağlamlığımızın qayğısına qalmırıq
Muğanda yetişən çoxlarının diqqətindən kənarda qalan gicitkən sən demə dünyanın ən qiymətli bitkilərindən biri olan jenşen qədər min bir dərdin dərmanı imiş. Bəzən ətrafımızda, ana təbiətin bizə bəxş etdiyi nemətlərin fərqinə varmırıq. Biləsuvarın Bağbanlar kəndindən olan biologiya müəllimi, tədqiqatçı Vidadi Məmmədov Regionpress.az-a bu haqda danışarkən bildirib ki, yaxşı yaşamaq üçün daha çox çalışırıq, lakin düşunmürük ki, yaxşı yaşamaq üçün sağlam olmaq lazımdır: “Aran bölgəsində yüzlərlə faydalı bitkilər var ki, bunlar min bir dərdin dərmanıdır. Bu bitkilər əsasən də müalicəvi olmaqla çox qiymətlidirlər. Bunlardan ən çox yayılmışları çobanyastığı, həməköməci, boymadərən, bağayarpağı,…
Read Moreİlaxır çərşənbə Təhsil Kompleksində coşquyla qeyd olunub
Ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən İlaxır-Torpaq çərşənbəsi Biləsuvarda Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan Təhsil Kompleksində də kollektivin böyük coşqu və yüksək əhval ruhiyyəsi ilə qeyd olunub. İstedadlı şagirdlərin ifasında biri-birindən maraqlı kompazisiyalarla təqdim olunan bayram şənliyi bu dəfə özəlliyi ilə yadda qalıb. Təhsil Kompleksinin icraçı direktoru Aqşin Bağırov şənlikdə çıxış edərək, bütün iştirakçılara ilaxır çərşənbə və Novruz bayramı münasibətilə səmimi təbriklərini və xoş arzularını bildirib. Hər kəsə cansağlığı, ailələrə bol ruzi-bərəkət arzulayıb. “Novruz bayramı böyük bir keçmişimiz, tariximiz və mədəniyyətimizdir. …
Read Moreİsmətli kəndinin sakini: Kəndimizin girişinə atılan zibilləri təmizləyən yoxdur
Biləsuvar rayonunun İsmətli kəndinin giriş hissəsi zibil tullantıları ilə çirkləndirilib. Regionpress.az xəbər verir ki, kənd sakinləri yaranan bu vəziyyətdən çox narahatdır. İsmətli kənd sakini Əflan Əmənov bildirir ki, kəndin girişində yaranan bu mənzərə xeyli müddətdir davam edir: “Dəfələrlə kənd icra nümayəndəsi və bələdiyyəsinə məlumat verilib, ancaq heç bir nəticə olmayıb. Hətta, bir müddət qabaq məişət tullantılarının müəyyən edilmiş yerlərdən kənara atılması, ətrafın zibillənməsi hallarına görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən İsmətli bələdiyyəsinə cərimə də tətbiq olunub, bələdiyyə nəticə çıxarıb kənddə məişətdən çıxan tullantıların daşınmasını təşkil etmir. Bəzi vətəndaşlar da…
Read MorePrezidentimiz xalqına verdiyi bütün vədlərə sadiqlik nümayiş etdirib
Biləsuvarlı seçicilərlə növbəti görüş keçirilib Keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 22-də Biləsuvar şəhəri “28 may küçəsi 19 ünvanında”, eləcə də rayonun Zəhmətabad və Əliabad kəndlərində yaşayan seçicilərlə görüş keçirilib. Görüşdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, təşviqat qrupunun üzvlərindən Akif Kazımov, Talıbağa Talıbov, Mirhənifə Mirsultanov, Zakir Şahbazov və Qənbərəli Bağırov, Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov, şəhid Rahət İsayevin atası Rafət İsayev çıxış ediblər. Çıxışlarda bildirilib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu daxili…
Read More