Biləsuvar şəhər Texniki Fənlər Təmayüllü Məktəb Liseyi – şagirdlərin işıqlı sabahına açılan yeni pəncərə

Zəngin tarixi keçmişə malik Kəmallədin Ağayev adına Biləsuvar şəhər Texniki Fənlər Təmayüllü Məktəb Lisseyi  bir vaxtlar bölgədə  xüsusi əhəmiyyət və çəkiyə malik təhsil ocağı olub. Bu təhsil ocağının əsas özəlliyi internat tipli olduğundan xüsusilə bölgədə təsərrüfatlarda çalışan zəhmətkeş ailələrin marağında olması olub. Elm mərkəzi yüzlərlə çoxuşaqlı ailələrin övladlarına quçaq açıb, onlara yüksək təlim-tərbiyə, mükəmməl təhsil verib və bu gün məzunlarının sorağı yüksəklərdən eşidilir. Əlli yaşlı təhsil ocağı elə son illərdə uğur göstərən yetirmələri arasında Aysel Rəhimlinin rayon biirincisi ( 2 ixtisas qrupunda ölkə ikincisi) olmasından daha çox məmnun qalıb.   2022-2023-cü tədris ilindən…

Read More

Biləsuvarda konfrans elmi –praktiki konfrans: “Əsrin müqaviləsinin 30 illiyi” və “Dövlət Suverenliyi Günü”

Biləsuvar rayonunda “Əsrin müqaviləsinin 30 illiyi” və “Dövlət Suverenliyi Günü”münasibətilə elmi –praktiki konfrans keçirilib. “Regionpress.az” xəbər verir ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Əsrin müqaviləsinin 30 illiyi” və “Dövlət Suverenliyi Günü” münasibətilə keçirilən elmi–praktiki konfransda Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, siyasi xadim Həsən Həsənov və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, əziz xatirəsinə gül dəstələri düzdülər. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib,Ümummili Lider Heydər Əliyevin və və törpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəman igidlərimizin xatirəsi bir dəqiqəlik sükutla…

Read More

Biləsuvarda məktəblilər Leyla Əliyevaya gül hədiyyə edib

Məlum olduğu kimi, sentyabrın 18-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Biləsuvar rayonunda yeni inşa edilən Bəydili kənd tam orta məktəbində olub. “Regionpress.az”ın məlumatına görə, Leyla Əliyeva məktəbin müəllimləri, şagirdləri və onların ailə üzvləri ilə söhbətləşib. Məktəblilər L. Əliyevaya gül hədiyyə ediblər. Daha sonra Bəydili kənd tam orta məktəbinin direktoru Nurlan İmanov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya yeni inşa edilən binada yaradılan şərait barədə məlumat verib. Görüntüləri təqdim edirik:  

Read More

Mərkəzi parkda abidələrə qarşı  vəhşilik olunub

Biləsuvar şəhərində Mərkəzi parkda olan tarixi abidələr dağıdılıb. “Bilesuvarinfo” xəbər verir ki, ötən axşam naməlum şəxs ( və ya şəxslər) tərəfindən parkdakı stadionun qarşında ucalan idmanı simvolizə edən iki abidəyə vəhşicəsinə ziyan vurulub. Qeyd edək ki, bu tarixi abidələrin yarım əsrdən çox yaşı  var. Faktla bağlı Biləsuvar RPŞ tərəfindən araşdırma aparılır.  

Read More

Əlillik qüsur deyill!-Əlinin timsalında daha aydın dərk olunur

Məhdud sağlamlıq insan arzularının reallaşdırılmasında çətinliklərə yol açmaya bilməz. Xüsusilə, məşğuliyyəti fiziki zəhmət tələb edirsə, özünə inanmaq, stereotipləri qırmaq, həyata meydan oxumaq istəyi olmalıdır. Tərəddüd dolu: “Ətrafımdakılar nə deyəcək? Bacararammı? Birdən alınmasa?…” kimi suallarla işə başlayıb, uğur qazanmaq yalnız möhkəm iradənin, dözüm tələb edir. Biləsuvarın Nərimankənd kəndindən olan 35 yaşl Əli Xaləddin oğlu Bayramlı anadan fiziki qüsurlu doğulub, 3 qrup əlildir. Onun qıçının birində anadangəlmə sümük natamamlığı var, topuğu yoxdur, pəncəsi üzərində yeriməyi öyrənib. O, aztəmintlı ailədə böyüyüb, hələ uşaq yaşlarından fiziki zəhmət tələb olunan işlərdə işləyərək, ailəsinə dəstək olub.…

Read More

Astarada çəltik biçininə başlanılıb  

Astara rayonunda 10 gündür çəltik yığımına başlanılıb. “Regionpress.az” xəbər verir ki, rayon ərazisində bu əkilən 290 hektar çəltik əkini sahəsinin 46 hektarında biçini başa çatdırılıb. Bu günə kimi 10 tondan çox çəltik emal olunub. Astara Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, sahələrdən məhsuldarlı düyünün növlərinə görə dəyişir: “Haşimi növü üzrə məhsuldarlıq bir az aşağı olsa da, digər növlər üzrə qara düyüdür, topal düyüdür, yumru düyülər üzrə gilanədir, avanqarddır, apolladır bunlarda məhsuldarlıq yüksəkdir. Rayon üzrə orta məhsuldarlıq 40,5 sentner təşkil edir”. Bu gün astaralı fermerləri kombayn çatışmazlığı, eləcə də növbəti il…

Read More

O, xarici dillərin tədrisi sahəsində məxsusi metodikaya sahibdir

Onunla doğma rayonuna səfəri zamanı tanış olduq. Hələ ilk söz-söhbətindən dənizçi olması təsəvvürü yaranmışdı bizdə. Sonra bilirik ki, hazırkı fəaliyyəti bu peşədə çalışanlara müəllimlik etməkdir. 12 ildir pedaqoji fəaliyyətinin əsasını dənizçilik üzrə ingilis dilinin tədrisi təşkil edir. Haqqında söz açacağımız Ülfət Quliyev müasir dənizçilikdə istifadə olunan ingilis dili ilə bağlı çoxsaylı araşdırmaların müəllifidir. Məşğul olduğu tədris proqramı ilə Xəzər dənizində və dünya sularında çalışan dənizçilərə müasir dənizçilikdə istifadə olunan ixtisas-peşə terminologiyasını və işgüzar danışıq ifadələrini ən sadə metodla çatdırmaqdla məşğuldur. Ofşor və ticarət gəmilərində çalışan dənizçilərin ingilis dili problemini aradan…

Read More

Taleh Cəfərovdan yeni dərslik: “Türk xalqları və dövlətlərinin tarixi”

ADPU-nun Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Taleh Cəfərovun müəllifliyi ilə yeni tarix dərsliyi işıq üzü görüb. “Regionpress.az” xəbər verir ki, türk xalqları və dövlətlərinin tarixindən bəhz edən dərslik “Azərnəşr” də yığılaraq  “Şərq-Qərb” mətbəəsində çapdan çıxıb. İki  cilddən ibarət kitabın ön sözünün müəllifi Milli Məclisin üzvü, fəlsəfə üzrə fəlsəfə doktoru Cavanşir Feyziyevdir və onun maddi dəstəyi ilə işıq üzü görüb. Kitabın birinci cildində türk xalqları və dövlətləri tarixinin qədim və orta əsrlər, ikinci cilddə isə yeni və müasir dövrləri əks olunmuşdur. Türk xalqları…

Read More

“Problem yoxdur” sənədli filminin təqdimatı Gəncədə

Gəncə şəhərində, Ganja Mall Cinema Plus kinoteatrında “Fərəh” SİB-in təşkilatçılığı ilə inklüziv cəmiyyətin inkişafına töhfə olan “Problem yoxdur” sənədli filmi  nümayiş edildi. “Regionpress.az” xəbər verir ki, tədbir dövlət himninin səsləndilrilməsi başlayıb. Pedaqoq Aygün Qasımova və “Azərbaycan Əlil Velosipedçilərə Dəstək” İctimai Birliyinin sədri, Milli Paralimpiya Komitəsinin nəzdində paravelosiped idman növü üzrə milli komandanın baş məşqçisi Amid Həsənquliyevin aparıcılığı ilə təşkil olunan təqdimat mərasimində ekran əsərinin özəlliyindən söhbət açılıb. Onlar bu filmin  inklüziv cəmiyyətin inkişafı üçün böyük əhəmiyyət daşıdığını bildiriblər. Tədbirin ilk təşkilatçıları İlhamə Axundova, Məcid Məcidli və Zivər Xanlarovanın olduğu vurğulanıb.…

Read More

Aysel Rəhimli “Aspire Leaders” proqramına tam təqaüdlə qəbul alıb

Biləsuvar rayonundan olan tələbə Aysel Rəhimli “Aspire Leaders” proqramına tam təqaüdlə qəbul alıb.  “Regionpress.az”ın məlumatına görə bu haqda #SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) fecoobok səhifəsində xəbər paylaşılıb. Belə ki, Bakı Ali Neft Məktəbinin (BANM) daha 3 tələbəsi “Aspire Leaders” proqramına tam təqaüdlə qəbul alıb. Harvard Business School” (Harvard Biznes Məktəbi) tərəfindən təsis edilib.Burada#Harvard Universiteti tərəfindən keçirilən dərs, #mentorluq və professorlarla qarşılıqlı əlaqə imkanları iştirakçılar üçün əl çatan olacaq. Dünyanın 150-dən çox ölkəsindən gənclər öz mədəniyyətlərini təmsil etmək, ölkələrini tanıtmaq, eləcə də əlaqə və #təhsil imkanlarını genişləndirmək fürsəti əldə edəcəklər. Aysel Rəhimli 2021-2022 – ci tədris…

Read More