Bu gün seyid Hacı Seyid Mir Taha ağanın vəfatından beş il ötür. Dördüncü imam Zeynal Abidin Əleyhissəlamın nəslindən olan görkəmli din xadimi Mir Taha ağanın adı Azərbaycanın hər bir guşəsində böyük hörmət və məhəbbətlə çəkilir. Bu unudulmaz şəxsiyyətin, el ağsaqqalının, din xadiminin xatirəsi hər zaman olduğu kimi, anım günündə ehtiramla anılıb. Rayon içtimaiyyətinin çoxsaylı nümayəndələri və Bakı şəhərindən gələn qonaqlar ağa ocağını və məzarını ziyarət edib, dərin ehtiramlarını bildirib. “Regionpress.az” araşdırmaçı jurnalist Zülfüqar Şahsevənlinin görkəmli din xadimi haqqında qələmə aldığı yazısını təqdim edir … Gözünü dünyaya açandan evlərində hamını namaz…
Read MoreCategory: Ölkə
Kərbala qiyamı bizə nə öyrədir?
İmam Hüseyn (Ə) öz şəhadəti ilə bizə azadlığın qiymətini və dəyərini Allah yanında necə böyük bir məqam olduğunu anlatdı. Azad insanın heç vaxt şeytanın istədiyi zillətə qul olmadığını, nəfsani istəklər bər-bəzəyin qarşısında əyilmədiyini nümayiş etdirdi. Haqq yolunda olduğuna inanaraq, özünü və ən çox sevdiyi yaxınlarını Allah yolunda qurban verdi. Onun “ Şərəfli ölümü zillətlə yaşamaqdan üstündür” kəlamı dünyanın bütün azadlıq sevər insanlarına ibrət dərsi oldu. Hindistan azadlıq hərəkatının başçısı Qandi yazır: “Mən dünyanı gəzdim, öz xalqım üçün azadlıq sevərlərin simvolu olan Hüseynin şəhadəti məktəbini hədiyyə gətirdim. İmam Hüseyn məktəbi bizlərə…
Read MoreDSX Ermənistana xəbərdarlıq etdi
Əldə edilmiş məlumata əsasən, Ermənistan tərəfindən 26 iyulda “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qarşı tərəfdən olan girişində müxtəlif nəqliyyat vasitələrinin toplanmasını təşkil etməklə nümayişkarcasına növbəti təxribat əməli planlaşdırılır. Bu barədə “Qafqazinfo”ya Dövlət Sərhədi Xidmətindən bildirilib. “Ermənistan tərəfini bu kimi təxribat məqsədi daşıyan və vəziyyətin gərginləşməsinə xidmət edən əməllərdən çəkinməyə çağırırıq. Bir daha bildiririk ki, mümkün təxribat əməllərinə görə bütün məsuliyyət tam şəkildə Ermənistan tərəfinin üzərinə düşəcəkdir” – məlumatda qeyd olunur.
Read MoreQızıl və gümüş nişana layiq görülən şagirdlərinin sayında ciddi artım var
Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblərin 12 məzunu qızıl və gümüş nişana layiq görülüb. “Regionpress.az” xəbər verir ki, bu barədə Şirvan-Salyan Regional Təhsil İdarəsi məlumat yayıb. Belə ki, Azərbaycan Respublikası Elm və təhsil naziri cənab Emin Əmrullayev “Ümumi təhsil müəssisələrinin 2022 – 2023 – cü tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında” əmr imzalayıb. Əmrə əsasən ötən tədris ili üzrə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran XI sinif məzunlarından 126 nəfər qızıl, 95 nəfər isə gümüş nişanla təltif olunub. Həmin şagirdlərdən qızıl və gümüş nişana layiq görülən…
Read MoreŞəhid ailəsi üzvləri üçün vakansiya seçimi mərhələsidir
Müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinin vakansiya seçimi mərhələsi başlayıb. Bu haqda Şirvan – Salyan Regional Təhsil İdarəsindən “Regionpress.az”- a açıqlamada bildirilmişdir ki, namizədlər 22 iyul saat 11: 00 – dan 25 iyul saat 11: 00 – dək şəxsi səhifələrinə daxil olaraq seçim edə bilərlər. Qeyd olunmuşdur ki, namizədlər göstərilən tarixlərdə vakansiya seçimi zamanı diqqətli olmalı, seçimi yekunlaşdırdıqdan sonra təsdiqləməni unutmamalıdır.
Read More“Yovşan” da Tibb kursları! Diqqət: “Yovşan” Klinikasında tibb kursları fəaliyyətə başlayıb. Kurslarda “İlk tibbi yardım” ( tibb bacısı ) və “Əczaçılıq” ixtisaslarına yiyələnmək istəyənlərə nəzəri biliklərin öyrədilməsində dərslər klinikanın ixtisaslı, peşəkar həkimlər tərəfindən keçirilir. 1 il davam edən kursda praktiki – təcrübədə olacaq şagirdlərə müxtəlif xəstəliklərin müalicəsi əyani-praktiki cəhətdən də öyrədiləcək. Xəstətliklərin müayinə və müalicəsi ücün Klinikanın texnoloji yenilikləri və əlverişli digər imkanlar kurslarda şagirdlərin tibbi biliklərin mükəmməl öyrənə bilməsində tam yetərlidir. Kursa yazılmaq istəyən xanım və bəylər tək şəxsiyyət vəsiqəsi ilə klinikaya müraciət etsin, yaş məhdudiyyəti yoxdur. 1 illik…
Read More“Yetkinlik yaşına çatmayanları “Aşura”ya aparmayın” – DİN-dən müraciət
Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara müraciət edib. “Regiopress.az” xəbər veri ki, nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan müraciətdə deyilir: “Məlum olduğu kimi, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının qanununa əsasən bütün dini mərasimlər yalnız məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirilməlidir. İnsanların dini etiqad azadlığına dərin hörmətimizi ifadə edərək bildiririk ki, mərasim iştirakçılarının təhlükəsizliyinin, həmçinin yollarda nəqliyyatın hərəkətinin tənzimlənməsi üçün bütün lazımi tədbirlər görülür. Bu baxımdan, cari ilin iyulun 19-dan başlayan Məhərrəm ayında, o cümlədən iyulun 28-nə təsadüf edən “Aşura” günündə hər bir şəxsin məscidlərə rahat gediş-gəlişini və dini…
Read MoreAqrar Sığorta Fondu: «Tezliklə fermerlərə zərər ödənişlərinə başlanılacaq»
May və iyun aylarında Azərbaycanda müşahidə olunan güclü yağış, dolu, sel və daşqınlar nəticəsində təsərrüfatlara və əkin sahələrinə dəyən zərərlər üzrə yaxın vaxtlarda ödənişlərin verilməsinə başlanılacaq.Bu barədə Aqrar Sığorta Fondu məlumat yayıb. “Regionpess.az” xəbər verir ki, Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov bildirib ki, 2023-cü ildə respublika üzrə 420 min hektara yaxın əkin ərazisi sığortalanıb. İlin əvvəlindən indiyədək əkin sahələrinə dəyən zərərlərlə bağlı Fonda müraciətlərin sayı 7 minə çatıb. Təkcə sel-subasma və yağışlar nəticəsində sığortalı fermerlərdən 1000-ə yaxın müraciət daxil olub: «Bəzi fermerlərimizin əkin sahələri mövsüm ərzində bir neçə…
Read MoreMəzunlardan 95 nəfəri məktəbi fərqlənmə attestatı ilə bitirib
Cari tədis ilində Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərini bitirmiş məzunlara attestatlar təqdim olunub. “Regionpress.az” xəbər verir ki, şagirdlərə atestatların təqdimatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016 – cı il 24 noyabr tarixli 479 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi” Qaydalarına əsasən təqim olunub. Qeyd edək ki, sözügedən təhsil idarəsi üzrə, 2022 – 2023 – ci tədris ilində məzunlardan 95 nəfəri məktəbi fərqlənmə attestatı ilə bitirib. Onlardan 40 nəfər ümumi orta təhsil səviyyəsi üzrə, 55 nəfər isə…
Read MoreDiqqət!: Mübariz İbrahimov adına Bağça-Məktəb-Lisey Kompleksi şagird qəbulana start verdi
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksində təhsil almaq üçün qəbula start verildi. Nəzərinizə çatdıraq ki, Kompleksdə təhsil almaq istəyən IV-X sinif şagirdləri 19.08.2023-cü il tarixində Azərbaycan dili, riyaziyyat və ingilis dilindən, 26.08.2023 – cü il tarixində isə IX-X sinif şagirdləri seçdikləri ixtisas qruplarına uyğun fənlər üzrə yenidən imtahan verəcəklər. İkimərhələli şəkildə baş tutacaq imtahan 09:00-da Kompleksin əsas binasında təşkil olunacaq. Qeyd edək ki, ibtidai siniflər (I-III) üzrə imtahan müsahibə yolu ilə Kompleksin II korpusunda həyata keçiriləcək. İmtahanda iştirak etmək istəyən şagirdlərin aşağıda paylaşılan qeydiyyat linkinə daxil olub…
Read More