Pambıq, yonca, bostan bitkiləri var əkin sahələrimizdə. Hazırda, əkinlərimizin suvarılmasında süründürməçiliyə yol verilir. Su bölgüsünə cavadeh olan şəxs işində öz qanunları ilə fəaliyyət göstərir. Dəfələrlə vəd etdiyi vaxtda su ayıracağın desə də, sonradan digər şəxslər onun maraqlarına xidmət etdiyindən, növbəni pozaraq suyu onlara təkrar verir. Bütün şikayətlərimizə baxmayaraq bu münasibətindən yenə əl çəkmr. Suvarma Sistemləri idarəsində oduq, buradan bildirilmişdir ki, Ovçubərə kəndinin ərazisində əkin sahələrinin suvarılmasına nəzarət edən, su mirabı kimi tanıdığımız Fərrux Eyvazov adlı şəxs idarənin işcisi deyil.
Deyilənlərlə bağlı Ovçubərə kədindən bir qrup mülkiyyətçi “Regionpress.az”a müraciət edib. Sakinlərədən Əkbər Gözəlovun sözlərinə görə suvarma suyunun həcmində heç bir problemin olmasına baxmayaraq, bu sahəyə nəzarət edən bəzi mütəxəssislərin nəzarətsizliyi ucbatından hər dəfə suvarmada əziyət çəkirik: “ Sanki bir qrup şəxslər suvarma şəbəkəsinə şəxsi mülkləri kimi baxır, suvarma prosesi növbəlik prinsip ilə yox, öz şəxsi maraqları ilə idarə olunur. Fərrux Eyvazov kimə istəsə suyu verir, kimə istəmirsə vermir. Ona idarədən pambığa vegetasiya müddətində suyunun vaxtında verilməsi tapşırılıb, yenə öz bildiyi ilə gedir, o. Ərazidə baş su kanallarına, bölgüsü qurğularına kənar müdaxilələr adi hal alıb”.
Zülfüqar İmanov isə deyib ki, baş su kanalının təmizlənməməsi də əkinin suvarılmasında davamlı problemlərə yol aşır: “ Bu həm də su itkisi deməkdir. Mənə məxsuz 1, 5 ha əkin sahəsi suvarılmasına sərf olunan su ilə daha çox yer suvarmaq olar. Su tənzimləciyi qurğu da tam işlək vəziyyətdə deyil”.
Məsələ ilə bağlı Biləsuvar Rayon Suvarma Sistemləri İdarəsindən münasibət öyrəndik. Buradan bildirildi ki, sakinlər tərəfindən adı çəkilən Fərrux adlı şəxs kənd icra nümayəndəliyi tərəfindən qaydalara əsasən əraziyə təyin olunan nümayəndədir. Əziyə idarənin əməkdaşı təyin olunub, mövcud çatışmamazlıqlar nəzarətə götürülüb. Hazırda Ovçubərə kəndinin suvarmada heç bir problem yoxdur. Kənd sakini Əkbər Gözəlov da əkdiyi pambığa görə bu il üç dəfə su ilə təmin olunub. Sakinlərin narahat edən digər çatışmamazlıqlar da çiddi nəzarətə götürülmüş, yaxın vaxtlarda tam həllini tapacaq.