Biləsuvarda külli miqdarda narkotik vasitə aşkarlanıb

Biləsuvarda külli miqdarda narkotik vasitə aşkarlanıb. Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı ümumilikdə 2,5 kiloqramdan artıq güclü təsiredən xassəyə malik narkotik vasitələr qanunsuz dövriyyədən çıxarılıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, rayon ərazisində keçirilən əməliyyat zamanı Gəncə şəhər sakini Elnur Allahverdiyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 2 kiloqram heroin, 535 qram tiryək aşkarlanaraq götürülüb. Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.

Read More

Motosikleti olanların nəzərinə! – Sabahdan aksiz vergisi tətbiq olunacaq

Dövlət qeydiyyatına alınmalı olan motosikletlər aksizli mallar sırasına daxil edilib. Sabahdan isə verginin tətbiqininə başlanılacaq. “Regionpress az” Qafqazinfo-ya istinadən  xəbər verir ki, bu, Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb. Belə ki, yanvarın 1-dən aksiz dərəcəsi Azərbaycana idxal olunan motosikletlər üçün mühərrikin həcmi 125 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrə görə 0,20 manat, mühərrikin həcmi 500 kubsantimetrədək olduqda 25 manat+mühərrikin həcminin 126-500 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 0,40 manat, mühərrikin həcmi 500 kubsantimetrdən çox olduqda 175 manat+mühərrikin həcminin 500 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə 0,50 manat olacaq. Eyni zamanda…

Read More

Çinarə Cəfərova mükafatını aldı

Məktəblilər arasında, Ulu Öndər Heydər Əliyevə həsr olunmuş inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb. “Bilesuvarinfo” xəbər verir ki, Biləsuvar  rayon Yuxarı Ağalı kənd orta məktəbinin IX sinif şagirdi  Vəfa Fərid qızı Həsənzadə müsabiqənin qaliblərindən olub. Şirvan -Salyan Regional Təhsil İdarəsinin rəisi Sənan Mənsimli mükafatlandırma mərasimində Vəfa Həsənzadəni təbrik edərək ona fəxri fərman və hədiyyələri təqdim edib. Qeyd edək ki, Şirvan -Salyan Regional Təhsil İdarəsi tərəfindən təşkil olunan Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev uşaqların gözü ilə” inşa -yazı müsabiqəsində V. Həsənzadə III yeri tutub.

Read More

“MKT İK” MMC  bu kənddə məktəbliləri sevindirdi

31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə Biləsuvar rayon Xırmandalı kənd 2 nömrəli tam orta məktəbdə tədbir təşkil olunub. “Regionpress.az” xəbər verir ki, “MTK MMC” in təşəbbüsü və dəsdəyi  ilə  bayram şənliyi bu  məktəbdə daha<rəngarəng, maraqlı baş tutub. Tədbir məktəb direktoru Rəşad Əliyevin tədbir iştirakçılarını qarşıdan gələn Yeni il münasibəti ilə təbrik etməsi ilə başlayıb. “MKT İK” MMC Biləsuvar filialının direktoru müavini  Miryusif Həşimov şənlik iştirakçılarına çalışdığı müəssisənin rəhbərliyinin təbrikini çatdırıb. O, şagirdlərə  yeni ildə təhsildə daha yüksək fəallıq, gələcəkdə  dövlətimizçün savadlı və bacarıqlı kadrlar olmağı arzu…

Read More

Diqqətimizi piar işlərindən çox əməli işə,  şagirdlərimizin sevincinə, öyrənməsinə həsr etdik

Dünyada bir çox təşkilatlanmalar gücə çevrilmək və böyük insan kütləsinə təsir etmək üçün müxtəlif üsullardan istifadə edir. Güc olmaq insanyönümlü, faydalılığa xidmət edirsə bu kökündən mütləq dəyərli olacaq. Axı, müxtəlif ideologiyalar əvvəlcə müəyyən dəyər formalaşdıraraq böyüyür. Bir çox ölkələrin təhsil islahatlarının uğuru dövlətin birbaşa düzgün islahatları sayəsində baş tutub. Amma islahat təkcə hər hansı bir proqramı həyata keçirtmək demək deyil, bu proqramların uğuru uğurlu kadr seçimi, kadrların səmimi fədakarlığı ilə uzlaşmalıdır. Təhsil işi səmimi fədakarlıq tələb edir, sən hər hansı təklifi edəndə şagird olmalısan, özünü müəllim kimi hiss etməlisən, ölkənin…

Read More

Sosial xidmətlər Agentliyi cəlilabadlı uşaqları sevindirdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Cəlilabadda Yeni il şənliyi təşkil olunub. “Regionpress.az” xəbər verir ki, ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirə bu rayondan 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər dəvət olunub. Tədbirdə çıxış edən sözügedən agentliyin Lənkəran-Astara regional filialının müdir müavini İlqar Əliyev uşaqlara yeni il təbriklərini çatdıraraq, onlara uğurlar arzulayıb. 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü ərəfəsində xalqımızın tarixi uğurlarından söz açıb. Ziyafət süfrəsi arxasında əyləşən uşaqlara əyləncəli şou-proqramlar və hədiyyələr təqdim olunub.  

Read More

Polis mayoru Saroğlan Vahabov haqq dünyasına qovuşub

Təqaüddə olan polis mayoru Saroğlan Vahabov vəfat edib. “Regionıress.az” xəbər verir ki,  Saroğlan Bafı oğlu Vahabov 25 sentyabr 1948-ci ildə Lerik rayon Çökərə kəndində anadan olub. O, 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin (hazırkı Bakı Dövlət Universiteti) hüquqşünaslıq fakültəsini bitirib.1977-ci ildə Biləsuvar Rayon Polis Şöbəsində ( keçmiş Puşkin rayon milisi ) sahə müvəkkili kimi xidmətə başlayıb. Sonra həmin şöbədə cinayət axtarış üzrə əməliyyatçısı, şöbənin istintaq qrupunun müstəntiqi və istintaq qrupunun baş müstəntiqi vəzifələrinədək yüksəlib. 2006-cı ildə yaşa görə təqaüdə çıxan S. Vahabovun 30 illik fəaliyyətində  cinyətkarlığa qarşı  səmərəli və gərgin xidmətləri olub. Birinci Qarabağ müharibəsi veteranıdır. Xidmətdə olduğu…

Read More

Lənkəranda qızılcadan  ölüm olub

Lənkəranda qızılca xəstəliyindən 3 yaşlı uşaq ölüb. “Regionpress.az” xəbər verir ki, rayonun Şirinsu qəsəbəsində 3 yaşlı Uğur Elvin oğlu Abızadədə bir həftə öncə yüksək hərarətdən sonra ev şəraitində müalicə olunub. Ötən gün uşağın yenidən hərarəti yüksəlib və çağırılan təcili tibbi yardım briqadası uşağın xəstəxanaya aparılmasına çalışsa da, valideinləri  buna etiraz edib. Təcili yardım briqadası gedəndən sonra  halı yenidən ağırlaşan uşaq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlər uşağa yardım göstərsə də onun həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, ailənin digər övladı 2019 – cu il təvəllüdlü Yunus Elvin oğlu…

Read More

Lerikdə qaz balonunun partlaması iki nəfərə ağır xəsarətlə nəticələndi

Lerikdə bədbəxt hadisə bir ailənin iki üzvünün ağır xəsarət  almasına səbəb olub. “Regionpress.az” xəbər verir ki,  hadisə rayonun Noda kəndində bu gün olub. Belə ki, evdə maye qaz balonu partlayıb. Partlayış nəticəsində rayonunun Noda kənd sakinləri 1969 – cu il təvəllüdlü Asif Əliabbas oğlu Məmmədov və onun həyat yoldaşı 1970 – ci il təvəllüdlü İlhamə Mürsəl qızı Məmmədova ağır bədən xəsarətləri alıblar. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. İ.Məmmədovanın vəziyyəti daha ağırdır və o dərhal xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Read More