“Bu ölkəyə xəyanətkarı da, acizi də, torpaq satanı da, məğlubu, fərarisi də rəhbərlik edib, amma ilk dəfədir ki, qalib sərkərdəyə səs verəcəyik”

“Bir zamanlar çevrilişlə hakimiyyət zəbt etmiş, bu gün isə pozuculuq edən antimilli ünsürlərin, yaxud siyasi nihilistlərin növbədənkənar seçkiləri şərh etməyə  mənəvi haqqı yoxdur. Qafqaz kimi mürəkkəb regionda nə qədər gözlənilməz olsa da, artıq sülhün addım səsləri eşidilir. Daha doğrusu, qətiyyəti ilə işğala, separatizmə son qoyub Azərbaycanı, tarixinin ən güclü dövlətinə çevirən siyasi iradə, indi də regionda sülhü bərqərar etməkdədir. 3 il əvvələ qədər “yeni müharibə və yeni torpaqlar” iddiaları ilə lərzəyə gələn bir region, bu gün, nəhayət ki, xoş niyyət təzahürlərini və humanizm dəyərlərini rəhbər tutan etimad quruculuğu istiqamətində razılığa…

Read More

“Vaz 2107’i “Qazel”lə toqquşdu- sürücülərdən xəsarət alanı var

Köhnə Bakı-Astara yolunda yol qəzası baş verib. “Regionpress.az” xəbər verir ki, hadisə bu avtomobil yolunun Cəlilabadla Biləsuvarı birləşdirən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Vaz 2107′ markalı minik avtomobili ilə “Qazel” markalı yük avtomobili toqquşub. Qəzada, minik avtomobilinin sürücüsü, Masallı rayon sakini 1977-ci il təvəllüdlü İsrafilov Vüsal Əhməd oğlu xəsarət alıb. O, Biləsuvar Rayon Mərkəzi xəstəxanasına çatdlrılıb, həkimlər onun xəsarətini yüngül qiymətləndirir. Faktla bağlı araşdırma aparılır.

Read More

Ali təhsilli Vətən müharibəsi iştirakçısının xadimə təyin edilməsi ilə bağlı – Açıqlama

Ali təhsilli Vətən müharibəsi iştirakçısı orta məktəbdə xadimə vəzifəsinə təyin olunub. “Regionpress.az” “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı deputat Fəzail Ağamalı sosial media hesabında paylaşım edib. “Salyan rayonunun Kəribəyli kənd sakini, ADPU-nun Psixologiya ixtisası üzrə məzunu olan İbrahim Hüseynov Salyan-Şirvan Regional İdarəsinin rəisi Sənan Məsimlinin əmri ilə Qarabağlı kənd 1 saylı tam orta məktəbinə xadimə vəzifəsinə təyin olunub. Mənimlə söhbətində onu çox pis vəziyyətə salan bu işin başqa bir işlə əvəz olunmasını dəfələrlə S.Məsimlidən xahiş etsə də, müxtəlif bəhanələrlə bundan imtina edildiyini deyib. Şirvan-Salyan Regional Təhsil İdarəsi məsələ ilə…

Read More

“Yaxşı  adamların əhatəsində olmağım Tanrıdan mənə  ən böyük hədiyyədir”

Şair Səlamət Biləsuvarlı imzası çoxlarına tanışdır. Şairimizi yurdunda daha çox sevdirən öz peşəsinə dəyər verməsidir. Onun 70-ə haxlayan mənalı ömür yolunun harda keçdiyini bilmək istəsək –  Biləsuvardadır.. . Sözlərinə çox mahnılar bəstələnib, elə “Söylə harda, harda?, gözəl Biləsuvarda”sı yaradıcılığının pik nöktəsidir- deyərdik şairimizin. Elimin hər qarışı gözəldir-deyən şair, sakini olduğu yurdunun möhtəşəmliyini qəhrəmanlarında görür,  öyünür. Ömrünün düz 50 ilini doğma rayonunun mədəniyyətinə həsr edən şair Bakı Dövlət Universitetində təhsil alarkən söz ailəminə baş vurmağın xeyir duasını Zəlimxan Yaqubdan alıb. “Onunla bir univeristetdə təhsil alırdım. Aşıq Ələsgərin 150 yubileyinə həsr olunan…

Read More

Polis mayoru Elşad Məmmədov vəfat edib

Polis mayoru Elşad Məmmədov dünyasını dəyişib. “Regionpress.az” xəbər verir ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşı, polis mayoru Elşad İzzət oğlu Məmmədov dünən qəfl ürəktutmadan vəfat edib. 1970-ci il təvəllüdlü E.Məmmədov 30 il daxili işlər orqanlarında çalışıb, sonuncu dəfə içtimai təhlükəsizlik bölməsinin inispektoru idi. Allah rəhmət eləsin!.

Read More

Kanalizasiya çəkilişindən Biləsuvar şəhərində daha bir “yadigar”-Yenilənib

Biləsuvar şəhərinə, yekunlaşdırılması deyilən  kanalizasiya çəkilişi işlərinin vurduğu fəsadlar tükənmir. Kanilizasiya xəttlərində olan tutulmalar, qazılan küçələrdə bərkidilmə işlərinin aparılmaması səbəbindən asfaltı qoyulan bəzi küçələrdə çökmələr var indi. Həmçinin asfalt qoyulan küçələrdə abonent birləşmələrinin aparılmaması deməyə əsas verər ki, bu iş görülərkən asfalt yollar yenidən az ziyan görməyəcək. “Regionpress.az” xəbər verir ki, Biləsuvar şəhərində kanilizasiya çəkilişi işləri zamanı yarımçıq ( və ya keyfiyyətsiz ) buraxılan işlərin daha bir “yadigar”ı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasını Uşaq xəstəxanası ilə birləşdirən piyada yolundadır. Belə ki, Uşaq xəstəxanasının girişinə bitşik ərazidən küçə xəttinin cəkilişindən artıq iki…

Read More

Cəlilabadda minik avtomobili aşdı- xəsarət alanlar var

Cəlilabad rayonunda yol nəqliyyatı qəzası baş olub. “Regionpress.az” xəbər verir ki,  hadisə Bakı-Astara magistralının sözügedən rayondan keçən hissəsində qeydə alınıb. Belə ki,  minik avtomobilinin aşması nəticəsində  Sumqayıt şəhər sakinləri olan 1968-ci il təvəllüdlü Diləfruz Mirzəyeva və 1952-ci il təvəllüdlü Təyibə Səmədova xəsarət alıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır. Foto: Şərtidir

Read More

Narkoşəbəkənin üzvləri narkotik tərkibli 10 000 ədəd metadon həbi ilə saxlanıldı

Qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilmiş narkotik tərkibli həblərin satışını təşkil etmək istəyən narkoşəbəkənin üzvləri tutulub. “Regionpress.az” xəbər verir ki, əvvəllər məhkum olunmuş Bakı şəhər sakinləri Vasif Kazımov və Vurğun Abıyev sonuncunun idarə etdiyi “Kia Rio” markalı avtomobildə Yardımlı-Masallı avtomobil yolunun 35-ci kilometrliyində saxlanılıb. Həmin şəxslərdən 10 000 ədədə yaxın narkotik tərkibli metadon həbi aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı nəticəsində onların sözügedən narkotik vasitəni əldə etdikləri şəxslər də müəyyən edilib. Cinayətkar qrupun digər üzvləri- Yardımlı rayon sakinləri, hər ikisi əvvəllər məhkum olunmuş Rafət Məcidli və Muxtar Bayıyev da polis əməkdaşları tərəfindən…

Read More

Məktəblilərlə “Narkomaniya və erkən nikaha yox deyək!” mövzusunda maarifləndirici görüş oldu

Biləsuvarda məktəblilərlə “Narkomaniya və erkən nikaha yox deyək!” mövzusunda maarifləndirici görüş olub. “Regionpress.az” xəbər verir ki, Biləsuvar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə növbəti görüş rayonun  Xırmandalı kənd M.Abbasov adına 2 saylı tam orta məktəbində keçirilib. Görüşdə çıxış edən Biləsuvar RPŞ-nin rəisi, polis polkovniki Nəsib Məmmədov müasir dövrdə bütövlükdə bəşəriyyət üçün böyük bəlaya çevrilən narkomaniya ilə mübarizənin vacibliyindən söz açıb. O, qeyd edib ki,  gəncliyin zərərli vərdişlərdən uzaq olmasında cəmiyyətin  bütün üzvləri birlik nümayiş etdirməsi daha effektli olar. Sözügedən məktəbin direktoru Rəşad Əliyev sağlam gəncliyin və etibarlı gələcəyin qurulması baxımından belə…

Read More

Çöl donuzunu ovlayan saxlanıldı

Lerikdə qanunsuz çöl donuzu ovu ilə məşğul olan şəxs saxlanılıb. “Regionpress.az” xəbər verir ki,  Lerik Rayon Polis Şöbəsinin əməkdaşları rayon sakini E.Vəliyevin Günəşli kəndindəki meşəlik ərazidə axşam saatlarında qanunsuz çöl donuzu ovladığı müəyyən edilib. Ondan 1 ədəd ov tüfəngi və qanunsuz olaraq ovladığı çöl donuzu aşkarlanıb. Faktla bağlı Lerik RPŞ-də araşdırma aparılır.

Read More