Sərfəli kredit “Biləsuvar – Lombard” MMC – də

Sizə nağd pula olan ehtiyacınızı qarşılamaq üçün qızıl təminatlı kredit təklif edirik. Artıq iki ildir ki, fəaliyyət göstərən kredit təşkilatımız qızıl, zinyət və digər dəyərli girovlarınızın qorunmasına zəmanət verir. Biz lisenziyalı təşkilat olaraq bunu tam əminliklə deyə bilirik! “Biləsuvar – Lombard” təcili pula ehtiyacı olan şəxslərə çox sərfəli Lombard kreditini təklif edir. Belə ki, qızıl zinət əşyalarını girov qoymaqla müştərilər aşağı faizlə kredit əldə edə bilər. Təqdim edilən qızıl zinət əşyaları yüksək dəyərlə qiymətləndirilir. Vaxt qızıldır, sərfəli şərtlərə Lombard kreditlərindən yararlanın. Aylıq 1,5 faizdən başlayan kreditlər 15 dəqiqə ərzində rəsmiləşdirilir.…

Read More

Biləsuvarda 76 yaşlı qadın intihar edib

Biləsuvar rayonunda intihar hadisəsi qeydə alınıb. “Regionpress.az” xəbər verir ki, hadisə ötən gün rayon ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün tikilmiş 2 saylı qəsəbədə  qeydə alınıb. Belə ki, Cəbrayıl rayonun Böyük Mərcanlı kənd sakini 1948-ci il təvəllüdlü Şamama Əfəndiyeva özünü asıb. Qeyd edək ki, Əfəndiyeva Şamama Məhəmməd qızı  şəhid anasıdır. Səhətindəki narahatçılığa görə qızı onu yanında müvəqqəti saxlayırmış. O, özünü yardımçı tikilinin qarşısında yaylığı ilə asıb. Faktla bağlı araşdırma aparılır.

Read More

Baş Prokurorluğun təşkilatçılığı ilə Astarada təmizlik aksiyası keçirilib

Ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Baş Prokurorluğun təşkilatçılığı ilə Astara rayonunda təmizlik aksiyası keçirilib. “Regionpress.az” xəbər verir ki, Xəzər dənizinin sahilində baş tutan aksiyada Baş Prokurorluğun, eləcə də Astara, Lənkəran, Masallı, Lerik və Yardımlı rayon prokurorluqlarının əməkdaşları,  Astara Pedoqoji Kolleci və Astara rayon Gənclər idarəsinin könüllüləri iştirak edib. Tədbir zamanı zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları tərəfindən 4 hektara yaxın sahil zolağı plastik və digər məişət tullantılarından təmizlənib, toplanmış tullantılar aidiyyəti üzrə təhvil verilib.

Read More

Aparılan birgə səylər Mübariz Təhsil Kompleksində bu il də məzunları böyük hədəflərə kökləyib

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksi öncəki illərin ənənəsinə sadiq qalaraq 2023-2024-cü tədris ilində də uğurlu fəaliyyəti ilə fərqlənmişdir. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən bu ilki buraxılış imtahanlarında məzunlar yüksək təlim nailiyyətləri əldə etmişdir. Belə ki, imtahanda iştirak edən Kompleks şagirdlərinin yekun təlim nəticələri ümumi orta faiz üzrə 79%, ümumi orta bal üzrə isə 236 bal olmuşdur. İmtahanda iştirak edən şagirdlərimizin 83% -i isə 200 baldan yuxarı nəticə göstərmişdir. İmtahanda yüksək nəticə əldə etmiş şagirdləri və bu nəticələrin əldə edilməsində əvəzsiz rolu olan müəllimləri təbrik edir, onlara…

Read More

Klub rəhbəri: “ Gənclərimiz birincilik uğurunda mübarizəyə inamla hazırlaşır”

“Biləsuvar” Futbol klubu iki komandası ilə həvəskar komandalar arasında mübarizə aparacaq. “Regionpress.az” a bu haqda klubun rəhbəri Zəfər Kazımov məlumat verib. O, bildirmişdir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) təşkilatçılığı ilə ölkədə gənclər arasında 25-ci Azərbaycan Birinciliyi keçiriləcək. Birinciliyin qalib komandası İtaliyada keçirilən çempionatın qalib komandası ilə  qarşılaşacaq: “ Yarışa  biləsuvarlı gənclər böyük həvəslə hazırlaşır. Belə ki,“Biləsuvar FK” və Biləsuvar Gəncləri FK” komandalarımızın yarışda iştirak edəcək, bu komandalarda kifayyət gədər təcrübəli , peşəkar oyunçularımızın olması bizi cempianata inamla qatılmağa ruhlandırıb. “Yarışda ilk rəqibimiz Salyanın “Muğan” komandası ilə qarşılaşmamız 28 apreldə,…

Read More

Polislərimizdən fədakarlıq – Foto

Dövlət Yol Polisinin (DYP) əməkdaşları həyatı təhlükədə olan Biləsuvar rayon sakininin köməyinə çatıb. “Regionpress.az” xəbər verir ki, hadisə bu gün rayonun Ağalıkənd kəndində olub. Belə ki,  sözügedən kənd sakini İmanova İlkanə Rüstəm qızının qəfildən xəstəliklə əlaqədar halı pisləşib. Xidiməti vəzifələrinin icrası ilə əlaqədar ərazidə olan Biləsuvar Rayon Polis Şöbəsi DYP  bölməsinin əməkdaşları tibbi yardıma təcili ehtiyacı olan gənc xanımı xəstəxanaya zamanında çatdırıblar. Həkimlərin yarımından sonra İ.İmanovanın həyatı təhlükəsi aradan qaldırılıb. Pasiyentin doğması Samik Mustafayev bildirib ki, əmim qızının həyatı təhlükə ilə üz-üzə qalması bizi bərk həyacanlandırmışdır. Mən özüm onu maşınımla…

Read More

Ahıllar səyyar xidmətdən yararlanıbıb

Sosial Xidmətlər Agentliyinin  sosial-məişət xidmətindən ahıl insanlar yararlanıb. “Regionpress.az” xəbər verir ki, Agentliyi tərəfindən evdə (səyyar) sosial-məişət xidməti göstərilən ahılların asudə vaxtının səmərəli təşkili məqsədilə tədbir keçirilib. Agentliyin Lənkəran – Astara regional filialının və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə təşkil edilən tədbirə Lənkəran, Astara, Yardımlı, Cəlilabad və Masallı rayonlarından olan 30 ahıl cəlb edilib. Görüşdə ahıllarla səmimi söhbət olunub, agentlik əməkdaşları ilə birlikdə təbiət qoynunda xoş bir gün keçiriblər.

Read More

“Hədəfim növbəti mərhələdə ən yüksək bal toplamaqdır”

Məlum olduğu kimi, buraxılış imtahanlarının nəticələrinə əsasən Şirvan-Salyan Regional təhsil idarəsi üzrə ən yüksək balı Lamiyə Firdovsi qızı Hacılı toplayıb. O, Biləsuvar rayon Xırmandalı kənd Ceyhun Məhərrəmov adına 1 nömrəli tam orta məktəbin yetirməsidir. “Regionpress.az” xəbər verir ki, Lamiyə əldə etdiyi uğula əlaqədar təəssüratlarını “Azərbaycan müəllimi” ilə bölüşüb. Lamiyə təhsil aldığı məktəbin ən uğurlu şagirdlərindən biridir. Daim öz üzərində çalışmaqla, qazandığı nailiyyətləri ilə müəllim və valideynlərini sevindirib. Lamiyə buraxılış imtahanlarına böyük məsuliyyətlə hazırlaşıb. Bütün fənlərə maraq göstərib.Buraxılış imtahanlarında qazandığı uğur Lamiyə üçün böyük stimuldur. Lamiyənin hədəfi növbəti mərhələdə ən yüksək…

Read More

Maşalla Əliyevin 70 illik yubileyi münasibətilə tədbir keçirildi

Cəlilabad rayon Veteranlar təşkilatı “Qarabağ qaziləri” İctimai birliyinin Cəlilabad rayon bölməsinin sədri Maşalla Əliyevin 70 illik yubileyi münasibətilə tədbir keçirdi. “Regionpress.az” xəbər verir ki, tədbirdən öncə torpaqlarımızın azadlığı uğrinda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi hörmət və ehtiramla yad edildi. Rayon Veteranlar təşkilatının sədri, şair-publisist Ədalət Salman Qarabağ müharibəsi qazisi, iki ayağını da döyüş cəbhəsində itirmiş Maşalla Əliyevin gənclərimizə örnək olan həyat və döyüş yolundan danışdı, onun məktəbli gənclərin vətənpərvər ruhda tərbiyəsində göstərdiyi müstəsna xidmətlərini xüsusilə vurğuladı. O, yubilyara Veteran Təşkilatının Fəxri fərmanını və hədiyyələr təqdim etdi. Tədbirdə Azərbaycan Yazıçılar…

Read More

Ürək cavandır hələ…

Olur ki, biz media işçiləri sözdən israfçılıqla istifadə edirik. Qəhrəmanımıza layiq olduğundan artıq don geydiririk. Hesab edirəm ki, belə də hörmətli oxucularımız bizdən çox vaxt incik düşür. Naxçıvan Muxtar Respublikasının və Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Akademik Musiqili Teatrın direktoru Əliqismət Lalayev haqqında bu qeydləri gecənin  bir aləmində qeydə almağa başlayanda, nədənsə, ilk xatırladığım bunlar oldu. Görəsən 68 illik ömrünün demək olar ki, yarım əsrdən çoxunu Teatr sahəsinə həsr etmiş bu yüksək ziyalının ömür yoluna işıq sala biləcəyəmmi? Zəngin həyat yolu keçmiş Əliqismət müəllim…

Read More