Biləsuvarda III Hind toyuğu Festivalı keçiriləcək

Biləsuvar rayonunda növbəti – III Hind toyuğu Festivalı keçiriləcək. Bu barədə “Regionpress.az”-a  Biləsuvar Rayon İcra Hakimiyyətindən məlumat verilib. Belə ki, 25 noyabr 2023-cü il saat 10:00-dan başlayaraq Biləsuvar şəhərindəki Mərkəzi Parkda Biləsuvar Rayon İcra Hakimiyyətinin və “Azeri Home Chef” şirkətinin təşkilatçılığı ilə möhtəşəm Hind toyuğu Festivalı keçiriləcəkdir. Artıq üçüncü ildir ki, keçirilən Festivalda, Cənub bölgəsinin folkloru ilə tanışlıq və  həvəskar aşpazların öz bacarıqlarını nümayiş etdirəcəyi, məşhur münsiflər heyətinin isə ən yaxşıları seçəcəyi “Yummy Turkey” adlı kulinariya müsabiqəsi keçiriləcək. Tədbirdə yerli və paytaxt brendləri, yeməklərin dequstasiyası, əyləncə musiqili proqram, məşhur aşpazlardan ustad…

Read More

“Onlar Allah tərəfindən göndərilimiş böyük ustadlar olub…” – FƏRQANƏ QASIMOVA İLƏ “MUĞAM SÖHBƏTİ”

Fərqanə Qasımova: “Muğam bir yaradılışdır, amma kim tərəfindən, necə yaradılıb, onu deyə bilmərik” “Muğam ruhi musiqi olduğuna görə, əcnəbilər də bunu çox gözəl qarşılayıb, eyni zamanda da çox gözəl qavrayırlar. Alqışlarla, hətta göz yaşaları ilə bizdən qəbul edirlər” “Azərbaycan xanımı, Azərbaycan qadını cəmiyyətdə, səhnədə necə olmalıdırsa, elə düşünürəm ki, mən o biçimdəyəm” Müsahibimz dəfələrlə Prezident mükafatına layiq görülən, Respublikanın Əməkdar artisti Fərqanə Qasımovadır. 1996-cı ildən başlayaraq atası, dünya şöhrətli xanəndə Alim Qasımovla birgə bir çox beynəlxalq musiqi festivallarında, konsertlərdə iştirak edən Fərqanə xanımın 1999-cu ildə Avropada “Dərin okean məhəbbəti” adlanan…

Read More

Siyasi partiyalar İlham Əliyevə müraciət etdi

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Prezident İlham Əliyevə müraciət edib. “Regionpress.az” xəbər verir ki, müraciətdə deyilir: “Möhtərəm cənab Prezident, Azərbaycan xalqının milli birliyi, müzəffər Ordumuzun qəhrəmanlığı və Zati-alinizin qətiyyətli siyasi iradəsi bütün dünya azərbaycanlılarına bugünkü qürur dolu anları yaşadır. Siyasi baxışlarından asılı olmayaraq indi hər bir Azərbaycan vətəndaşı dərk edir ki, tarixin bütün dövrlərində başımıza gələn faciələrin, torpaqlarımızın itirilməsinin, soydaşlarımızın öz doğma yurdlarından didərgin salınmasının, suverenliyimizin pozulmasının başlıca səbəbi milli birliyin olmaması, hərbi və iqtisadi gücümüzün zəifliyindən irəli gəlmişdir. Uzun zaman ərzində böyük səbir, təmkin və iradə göstərərək Azərbaycanın daxili…

Read More

Bişkekdə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin ilə görüşü olub 

Oktyabrın 12-də Bişkekdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü olub. “Regionpress.az” AZƏRTAC-a istinadən  xəbər verir ki, Prezident Vladimir Putin çıxış edərək dedi: Hörmətli İlham Heydər oğlu, Sizi görməyimə çox şadam. Biz sonuncu dəfə Sizinlə telefonla danışmışdıq. Əlbəttə, açıq demək lazımdır ki, burada bir nömrəli məsələ Qarabağ ətrafındakı vəziyyətdir. Bizim başqa gündəliyimiz də var, o, kifayət qədər genişdir. Təklif edirəm ki, işimizi aşağıdakı kimi quraq: onda biz ikinci hissədən başlaya bilərik, həmkarlarımıza öz fikirlərini söyləməyə, danışmağa imkan verək. Sonra bir daha üz-üzə qalaq və söhbət edək, məsələlərin…

Read More

Faiq Qürbətov: “Təhsildə keyfiyyət əldə etməkdə birgə əmək vacib şərtdir”

Biləsuvar rayonunda rayon ümumtəhsil müəssilərində təhsilin keyfiyyəti ilə əlaqədar görüş keçirildi. “Regionpress.az” xəbər verir ki,  Biləsuvar rayonunda təhsilinin keyfiyyətinə dair Biləsuvar Rayon İcra Hakimiyyətinin və Şirvan-Salyan Regional Təhsil İdarəsinin birgə iştirakı ilə görüşdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, başçının müavini Ləman Yüzbaşova, Şirvan-Salyan Regional Təhsil İdarəsinin rəisi Sənan Mənsimli və məktəb direktorları iştirak etdi. Tədbirdə başcı F. Qürbətov çıxışında bildirdi ki, Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Son dövrlərdə təhsil sahəsində önəmli islahatlar həyata keçirilir. Bu gün ölkəmizdə təhsilin daha da inkişafı üçün xeyli sayda dövlət…

Read More

Prezident bizi bir-birimizə oxşatdı…

Arayikin həbs fotosunu görəndən cəmi bir neçə saniyə sonra “Amlovas” ömürlük həyatıma daxil oldu. Beynimdəki zoqqultudan gözlərim torlanır. İş yoldaşlarımdan kimsə “bu, təzyiqdir” deyərək ilkin diaqnoz qoyur. Redaksiyada yaşı 40-dan yuxarı kim varsa, hərə əlini cibinə salıb eyni tərkibli, müxtəlif adlı təzyiq dərmanı çıxarır… Hardansa təzyiqölçən tapıb gətirirlər. Ölçürlər: 161-110. – Yuxarıdır, bir stəkan limonlu su.  Adını indi xatırlamadığım daha bir təzyiq dərmanı. – Qoy, iki tablet içsin.  İçirəm. On beş dəqiqə keçir, ölçürlər: 159-107. Düşmür. Emin Səfərov böyürdən israr edir: – Təcili yardım çağıraq. Bir “dibazol” vuracaqlar, sakitləşəcək.  103-ə…

Read More

Məktəblərdə vakant  vəzifələrə iddialı olanlar test imtahanı verdi

Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində vakant olan vəzifələrə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib. “Regionpress.az” xəbər verir ki, bu gün keçirilən test imtahanında 300-dən çox namizəd iştirak edib, onlar 80 dəqiqə ərzində təqdim olunan sualları cavablandırıb. Qeyd edək ki, sözügedən təhsil idarəsi üzrə məktəblərdə vakant olan  vəzifələr: uşaq birliyinin rəhbəri, təsərrüfat müdiri, təsərrüfat işləri üzrə direktor müavini, psixoloq, direktor müavini, kitabxana müdiri, kitabxanaçı və laborantdır. İmtahada iştirak edən namizədlərə imtahan nəticəsi barədə məlumatlar SMS vasitəsilə bildiriləcək.

Read More

Dərdlərə şəfa olan – KEÇİBUYNUZ

  Keçibuynuzunun yetişmiş meyvələrinin toxumları uzun müddət içərisinə su keçirmədiyindən ağırlığını dəyişməyən nadir toxumlardır.   Toxumlarının eyni forma və çəkidə olması onun lap qədim zamanlardan qiymətli daşları və metalları çəkmək üçün kiçik ölçülü çəki daşı əvəzi istifadə edilməsinə səbəb olub. O vaxtdan indiyə qədər qiymətli daşların və metalların ölçülməsində istifadə edilən çəki vahidi karat – 0,189 qram 1 ədəd keçibuynuzu toxumunun ağırlığına bərabərdir. Ərəblər çəki vahidi dirhəmi (3 qram) ölçmək üçün 16 ədəd keçibuynuzu toxumundan istifadə edilirdi. Keçibuynuzu ağacının qərtanının əsrlər boyu torpağın dərin qatlarında qalmasından zərgərlikdə və tibdə istifadə…

Read More

İşlədiyi fermada özünü asdı

Biləsuvarda intihar hadisəsi baş verib. “Regionpress.az” xəbər verir ki; hadisə rayonun  Bəydili kəndi ərazisində yerləşən fermada olub. Belə ki, fermada çobanlıq edən, Salyan rayon sakini 1991-ci il təvəllüdlü Rövşən Əlifağa oğlu Salmanov özünü asaraq intihar edib. Faktla bağlı araşdırma aparılır.

Read More

Lerikdə mağazadan oğurluq edən qardaşlar saxlanıldı

Lerikdə mağazadan və içərisindəki ödəmə terminalından oğurluq edən qardaşlar saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA – nın Cənub bürosuna verilən məlumata görə, Lerik rayonunun Noda kəndi ərazisində yerləşən mağazadan 160 manat pulun, 1244 manat dəyərində tütün məmulatlarının, orada quraşdırılmış ödəmə terminalının sındırılaraq içərisindən 2880 manat pulun oğurlanması, bundan əlavə mağazanın müşahidə kameralarının yaddaş qurğusunun sındırılması ilə bağlı polisə məlumat daxil olub. DİN-in Baş Cinayət Axtarış İdarəsi və Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıblar. Araşdırmalarla onların…

Read More