Biləsuvarda 76 yaşlı qadın intihar edib

Biləsuvar rayonunda intihar hadisəsi qeydə alınıb. “Regionpress.az” xəbər verir ki, hadisə ötən gün rayon ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün tikilmiş 2 saylı qəsəbədə  qeydə alınıb. Belə ki, Cəbrayıl rayonun Böyük Mərcanlı kənd sakini 1948-ci il təvəllüdlü Şamama Əfəndiyeva özünü asıb. Qeyd edək ki, Əfəndiyeva Şamama Məhəmməd qızı  şəhid anasıdır. Səhətindəki narahatçılığa görə qızı onu yanında müvəqqəti saxlayırmış. O, özünü yardımçı tikilinin qarşısında yaylığı ilə asıb. Faktla bağlı araşdırma aparılır.

Read More

Biləsuvarda avtomobil aşdı, xəsarət alanlar var

Biləsuvar rayonunda yol-nəqliyyat qəzası baş verib. “Regionpress.az” xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, İmişli rayonunun Sarxanlı kənd sakini 1992-ci il təvəllüdlü Əsədov Amil Ramiz oğlunun idarə etdiyi “Mercedess” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəzada sürücü, sərnişini qismində olan  həmkəndliləri 1996-cı il təvəllüdlü Nicat Telman oğlu Tarverdiyev və 1991- cı il təvəllüdlü  İsmayıllı Murad Zahir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatırılıb. Faktla bağlı  araşdırma aparılır.

Read More

Biləsuvarda yanğın olub

Biləsuvar rayonunda yanğ hadisəsi olub. “Regionpress.az” xəbər verir ki, hadisə rayonun Bağbanlar kəndində  baş verib. Belə ki, kənd sakini Əhmədov Fərzəli Ağamməd oğluna  məxsus  həyətyani sahədə yerləşən yardımçı tikili alovlanıb. Hadisə yerinə vaxtında gələn Biləsuvar rayon yanğından mühavizə bölməsinin əməkdaşları yanğının genişlənməsinin qarşını alıb. Ümumi sahəsi 90 m2 olan yardımçı tikilinin 6 m2 çardaq hissəsi və burada yığılmış 750 kq ot kipinin 250 kq-ı yanıb. Xoşbəxtlikdən yanğın xəsarətsiz ötüşüb. Faktla bağlı araşdırma aparılır.

Read More

Məktəbdən oğurluq edənlər saxlanılıb

Yeni tikilən məktəbdən oğurluq edən Biləsuvar sakinləri saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar rayonunun Bəydili kəndində tikilməkdə olan yeni məktəb binasının anbarından müxtəlif vaxtlarda dəyəri 2300 manat olan məişət və təmir-tikinti avadanlıqlarının oğurlanması barədə polisə məlumat daxil olub. Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri Alışan Əzizli, Zahid Babayev və Kamran Sadıqzadə müəyyən edilərək saxlanılıblar. Oğurlanan əşyalar onlardan aşkarlanaraq maddi sübut kimi götürülüb. Bundan əlavə, şöbə əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki yaşayış evlərindən…

Read More

Biləsuvarda külli miqdarda narkotik vasitə aşkarlanıb

Biləsuvarda külli miqdarda narkotik vasitə aşkarlanıb. Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı ümumilikdə 2,5 kiloqramdan artıq güclü təsiredən xassəyə malik narkotik vasitələr qanunsuz dövriyyədən çıxarılıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, rayon ərazisində keçirilən əməliyyat zamanı Gəncə şəhər sakini Elnur Allahverdiyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 2 kiloqram heroin, 535 qram tiryək aşkarlanaraq götürülüb. Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.

Read More

Lənkəranda qızılcadan  ölüm olub

Lənkəranda qızılca xəstəliyindən 3 yaşlı uşaq ölüb. “Regionpress.az” xəbər verir ki, rayonun Şirinsu qəsəbəsində 3 yaşlı Uğur Elvin oğlu Abızadədə bir həftə öncə yüksək hərarətdən sonra ev şəraitində müalicə olunub. Ötən gün uşağın yenidən hərarəti yüksəlib və çağırılan təcili tibbi yardım briqadası uşağın xəstəxanaya aparılmasına çalışsa da, valideinləri  buna etiraz edib. Təcili yardım briqadası gedəndən sonra  halı yenidən ağırlaşan uşaq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlər uşağa yardım göstərsə də onun həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, ailənin digər övladı 2019 – cu il təvəllüdlü Yunus Elvin oğlu…

Read More

Lerikdə qaz balonunun partlaması iki nəfərə ağır xəsarətlə nəticələndi

Lerikdə bədbəxt hadisə bir ailənin iki üzvünün ağır xəsarət  almasına səbəb olub. “Regionpress.az” xəbər verir ki,  hadisə rayonun Noda kəndində bu gün olub. Belə ki, evdə maye qaz balonu partlayıb. Partlayış nəticəsində rayonunun Noda kənd sakinləri 1969 – cu il təvəllüdlü Asif Əliabbas oğlu Məmmədov və onun həyat yoldaşı 1970 – ci il təvəllüdlü İlhamə Mürsəl qızı Məmmədova ağır bədən xəsarətləri alıblar. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. İ.Məmmədovanın vəziyyəti daha ağırdır və o dərhal xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Read More

Biləsuvar sakinləri Cəlilabadda ağır qəzaya düşdü

Biləsuvar sakinləri Cəlilabadda ağır qəzaya düşd Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. “Bilesuvaronfo” xəbər verir ki, hadisə köhnə Ələt-Astara yolunun Cəlilabadın Alar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mitsubishi” və “VAZ-2107” markalı minik avtomobilləri toqquşub. Ağır yol qəzasında Biləsuvar rayonu, Xırmandalı kənd sakini 1991-ci il təvəllüdlü Cəfərli Xosrov Xanverdi oğlu ölüb. Bu rayondan olan digər sakinlər: 1987-ci il təvəllüdlü Ülkər Səmədova, 1964-cü il təvəllüdlü Zemfira Ağayeva, 1986-cı il təvəllüdlü Rəşad Rzayev, 1993-cü il təvəllüdlü Şövqi Qasımlı və Mehrac Qəhrəmanov xəsarət alıb. Onlardan ikisinin xəsarəti çiddi  olduğundan Bakı…

Read More

“Vaz 2107’i “Qazel”lə toqquşdu- sürücülərdən xəsarət alanı var

Köhnə Bakı-Astara yolunda yol qəzası baş verib. “Regionpress.az” xəbər verir ki, hadisə bu avtomobil yolunun Cəlilabadla Biləsuvarı birləşdirən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Vaz 2107′ markalı minik avtomobili ilə “Qazel” markalı yük avtomobili toqquşub. Qəzada, minik avtomobilinin sürücüsü, Masallı rayon sakini 1977-ci il təvəllüdlü İsrafilov Vüsal Əhməd oğlu xəsarət alıb. O, Biləsuvar Rayon Mərkəzi xəstəxanasına çatdlrılıb, həkimlər onun xəsarətini yüngül qiymətləndirir. Faktla bağlı araşdırma aparılır.

Read More