Sünnət olunan şəhid övladlarına toy çalındı

Şəhid Tehran Cəfərovun  övladlarına kiçik toy məçlisi təşkil olunub. “Regionpress.az” xəbər verir ki, şəhidimizin azyaşlı övladları Nadir və  Sənur sünnət olunması münasibətilə onlara Biləsuvar rayonunda toy çalınıb. Qeyd edək ki,  Cəfərov Tehran Nadir oğlu 1992-ci ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olub.  Silahlı Qüvvələrimizdə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu ximət göstərib. Vətən müharibəsində Cəbrayıl və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə vuruşmuş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub. Döyüşlərdə rəşadətlərinə görə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif edilib. Şəhidimizin 10 yaşlı qızı…

Read More

Biləsuvar rayonunda 8 Noyabr-Zəfər Gününə həsr olunmuş bayram şənliyi

Biləsuvar rayonunda 8 Noyabr-Zəfər Gününə həsr olunmuş bayram tədbiri keçirildi. “Regionpress.az” xəbər verir ki, bayram tədbirində Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, kollektivləri, şəhid ailələri, qazilərimiz və rayon sakinləri iştirak edib. Tədbir Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsilə başlayıb. Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov çıxış edərək Zəfər bayramı münasibətilə rayon sakinlərini təbrik etdi və onlara xoş arzularını çatdırdı. Başcı F.Qürbətov qeyd …

Read More