Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tütün məmulatlarından istifadə qaydalarını pozan şəxslərə qarşı profilaktiki tədbir keçirilib. Qadağan olunan yerlərdə tütündən istifadə etdiyinə görə sakinlər inzibati məsuliyyətə cəlb olunub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Regionpress.az” a verilən məlumata görə, rayon ərazisində yerləşən kafe, restoran və digər iaşə obyektlərində keçirilən tədbirlər zamanı qapalı məkanlarda siqaret çəkən, eləcə də tütün məmulatı tullantılarını ətrafa atan şəxslər aşkar olunub. Həmin şəxslərlə profilaktiki söhbətlər aparılıb və qanunvericiliyin tələbləri onlara izah edilib. Cari il ərzində bu istiqamətdə Biləsuvar rayonu ərazisində keçirilən tədbirlər nəticəsində qeyd…
Read MoreDay: Noyabr 26, 2023
Cəlilabadlı polislər Ulu öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı ağac əkdi
Cəlilabad Rayon Polis Şöbəsi tərəfindən Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı ağacəkmə aksiyası keçirilib. DİN Mətbuat xidmətindən “Regionpress.az”a verilən məlumata görə Lənkəran regional qrupundan verilən məlumata görə, rayon ərazisində baş tutan kampaniyada RPŞ-nin rəisi, polis polkovniki Polad Qarayev, polis əməkdaşları və rayonun digər hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər Ərazidə abadlıq və təmizləmə işləri aparıldıqdan sonra polis əməkdaşları ağac tinglərini əkib, onların suvarılmasını təmin ediblər. Ağacların küləkdən qorunması üçün qoruyucu dirəklər basdırıblar. Ərazinin nəzarətdə saxlanılması, əkilmiş ağaclara mütəmadi qulluq göstərilməsi üçün müvafiq tədbirlər bundan sonra davam etdiriləcək.
Read More