Biləsuvar mahalı

Ulu xalqımızın çox zəngin tarixi vardır. Kənd və şəhərlərimizin ərazilərində, yüksək dağların qoynunda və ucu-bucağı görünməyən düzənliklərdə səpələnmiş təpələr, yurd yerləri, qalalar, bürclər, qəbristanlıqlar və s. abidələr bunu sübut edirlər.  Tarixən Muğan düzünün coğrafi ərazisi çox geniş olmuşdur. İlk dəfə ad 3500-4000 il bundan əvvəl çəkilən bu ərazi tarixi mənbələrdə bütöv, bəzən də hissə-hissə müxtəlif Azərbaycan dövlətlərinin tərkibində olmuşdur. Qədimlərdə bu əraziyə hətta «Balasaqan» da deyirlərmiş (Saqların yaşadıqları ərazi – S.N.). Muğan düzünün cənub hissəsində – ulu Talış dağlarının «Balasaqan» və Quştəspi əyalətlərinin əraziləri ilə qovuşduğu gözəl və mənzərəli, həm…

Read More

Cəlilabadda yanğında iki qardaş xəsarət aldı

Cəlilabad rayonunda mənzildə yanğın baş verib. “Regionpress.az” xəbər verir ki, hadisə rayonun Buravar kəndində qeydə alınıb. Yanğını söndürən zaman evdə yaşayan 1991-ci il təvəllüdlü Tacəddin Cəfərov və qardaşı 1993-cü il təvəllüdlü Saməddin Cəfərov yanığ xəsarəti alıb. Boyunları, əlləri və aşağı ətrafları yanan qardaşlar rayon xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.

Read More

Ağaclara tor qurmaqla qanunsuz ov edənlər saxlanılıb

Astara rayonunda qanunsuz ovun üstü açılıb “Regionpress.az” xəbər verir ki, Astara rayonunun Rüdəkənar kəndi ərazisində rayon sakinləri A.Həsənov, E. Kazımov, K. Rzayev və C. Kazımovun qanunsuz ov etməsi aşkar olunub. Onlardan müvafiq sənədləri olmayan 2 ədəd ov tüfəngi və çöl quşlarını havada ovlamaq üçün quraşdırılmış sintetik tor götürülüb. Faktla bağlı Astara RPŞ-də araşdırma aparılır.

Read More

“Bizim televiziyalar “əyri güzgü”dür” – TANINMIŞ APARICI

Kamran Həsənli: “Televiziyamızın gələcəyi ilə bağlı arzularımızın üstündən xətt çəkdilər” Uşaqlıqdan verilişlərinə sevə-sevə baxdığım Kamran Həsənlidən müsahibə götürməyi çoxdan istəyirdim. Bu günlərdə dəyərli teleaparıcımızla görüşümüz baş tutdu. Onunla televiziyamızın dünənindən, bu günündən danışdıq və sabahının necə olacağı ilə bağlı fikirlərini öyrəndik. Buyurun, oxuyun. – Kamran müəllim, uzun müddətdir ki, sizi dövlət və özəl televiziya layihələrində görmürük. Vaxtilə “Sizin saat”, “Musiqili meydan” kimi layihələriniz televiziya meydanında öz sözünü demişdi. Amma o cür layihələrin ardı gəlmədi. Buna səbəb nə idi? – Açığını deyim ki, mən dövlət televiziyalarında işləməmişəm, özəl şirkətlərdə – “Space”,…

Read More