Biləsuvar rayonunda məktəblilər arasında ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə bilik yarışı və qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Mükafatlandırma mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, layihə rəhbəri və tədbirin təşkilatçısı Kamran Kamranlı, layihəyə dəstək tərəfdaş şirkətlərin nümayəndələri, aidiyyəti təşkilat rəhbərləri və qaliblər iştirak edib. “Regionpress.az” xəbər verir ki, Biləsuvar Gənclər Evində baş tutan mükafatlandırlma mərasimindən öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər. Biləsuvar Gənclər Evində təşkil olunmuş tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını…
Day: Noyabr 4, 2023
Lənkəranda mal-qara oğurlayan keçmiş məhbuslar silahla yaxalandı
Lənkəranda mal-qara oğuruları tutulub. “Regionpress.az” xəbər verir ki, rayonun Kərgəlan, Şağlakücə, Haftoni və Ləj kəndlərinin ərazisindəki örüş sahələrindən müxtəlif vaxtlarda ümumilikdə 17 nəfərə məxsus mal-qaranı oğurlayan şəxslər saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumatda, Lənkəran polisi tərəfindən saxlanılanların əlilabadlı keçmiş məhkumlar olduğu müəyyən edilib. Saxlanıların birindən tapança aşkarlanıb. Qeyd edək ki, saxlanın Cəlilabad rayon sakinləri, əvvəllər külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi, qanunsuz silah saxlama, gəzdirmə maddələri ilə məhkum olunmuş Anar Sarxanov və Ramil Əliyev cəzaçəkmə müəssisəsində birlikdə cəza cəkib. R. Əliyevin üzərindən “Makarov” tipli tapança aşkarlanaraq götürülüb.…