Şəhid Vurğun Rzayevin anası Mənsumə xanımın gözü cərrah-oftalmoloq Xəlil (Hüseynov) həkim tərəfindən əməliyyat olunub. “Regionpress.az” xəbər verir ki, oftalmoloq-həkimin çətin əməliyyatın öhdəsindən yüksək dəqiqliklə gəlməsi şəhid anasının uzun müddətdən bəri davam edən narahatçılığına son qoyulub. Mənsumə Əliyeva deyir ki, dövlətimizin qayğısı Xəlil həkimin şəfalı əlləri sayəsində gözüm nuruna qovuşdu: “Müxtəlif yerlərdə gözümü müayinə edən həkimlər əməliyyatın riskli olmasından ehtiyat edirdilər.Övladlarım məni Xəlil həkimin yanına apardılar. O, gözümü müayinə edərək, təcili əməliyyata ehtiyac olmasına qərar verdi. Bu zaman şəhid anası olmağımı xəbər tutanda, kassaya etdiyimiz ödənişin geri qaytarılmasını göstəriş verdi. Sağ olsun,…
Read More