Masallıda yol qəzası baş verib. “Regionpress.az” xəbər verir ki, hadisə Masallı şəhərində qeydə alınıb. Belə ki, rayon sakini Elvin Məmmədov idarə etdiyi “Kia” markalı avtomobillə Masallı şəhərində yol qəzası törədib. Həmin sürücü müvafiq tibbi müayinədən keçirildikdən sonra onun narkotik vasitədən istifadə etdiyi məlum olub. E.Məmmədov məhkəmənin qərarı ilə nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla bir ay müddətinə inzibati qaydada həbs olunub.
Day: Noyabr 10, 2023
Biləsuvarda məktəbli qız kələm şorabasından zəhərlənib öldü
Biləsuvar rayonunda qida zəhərlənməsi ölümə səbəb olub. “Regionpress.az” xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində baş verib. Belə ki, 2015-ci il təvəllüdlü Məmmədli Tellixanım Anar qızı ağır vəziyyətdə, zəhərlənmə diaqnozu ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Göstərilən bütün həkim yardımlarına baxmayaraq onu həyatda saxlamaq mümkün olmayıb. Uşağın ölümünə ev şəraitində hazırlanan kələm şorabasının yaratdığı zəhərlənmənin səbəb olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. Surxay Şahbazov
Cəlilabad polisi “Kalaşnikov” avtomatı, 5 ədəd tüfəng aşkarlayıb
Profilaktik və əməliyyat tədbirləri nəticəsində Cəlilabadd rayonunda 1 ədəd “Kalaşnikov” avtomatı, 5 ədəd tüfəng aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Regionpress.az” a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində qanunsuz saxlanılan odlu silah-sursatın könüllü təhvil verilməsi ilə bağlı aparılan profilaktiki tədbirlər nəticəsində bir nəfər rayon sakini qanunsuz olaraq saxladığı “AK-47” markalı avtomat silahını, həmin silaha aid 1 ədəd darağı və 21 ədəd patronu polis şöbəsinə təhvil verib. Bundan əlavə, şöbə əməkdaşlarının rayon ərazisində qanunsuz saxlanılan silah-sursatla bağlı keçirdikləri əməliyyat tədbirləri nəticəsində 5 nəfər rayon sakininindən…