Biləsuvarda III Hind toyuğu Festivalı keçiriləcək

Biləsuvar rayonunda növbəti – III Hind toyuğu Festivalı keçiriləcək. Bu barədə “Regionpress.az”-a  Biləsuvar Rayon İcra Hakimiyyətindən məlumat verilib. Belə ki, 25 noyabr 2023-cü il saat 10:00-dan başlayaraq Biləsuvar şəhərindəki Mərkəzi Parkda Biləsuvar Rayon İcra Hakimiyyətinin və “Azeri Home Chef” şirkətinin təşkilatçılığı ilə möhtəşəm Hind toyuğu Festivalı keçiriləcəkdir. Artıq üçüncü ildir ki, keçirilən Festivalda, Cənub bölgəsinin folkloru ilə tanışlıq və  həvəskar aşpazların öz bacarıqlarını nümayiş etdirəcəyi, məşhur münsiflər heyətinin isə ən yaxşıları seçəcəyi “Yummy Turkey” adlı kulinariya müsabiqəsi keçiriləcək. Tədbirdə yerli və paytaxt brendləri, yeməklərin dequstasiyası, əyləncə musiqili proqram, məşhur aşpazlardan ustad…

Read More