Şəhid Babək Mahmudlunun xatirəsinə həsr olunmuş turnir keçirildi

Vətən müharibəsi şəhidi Babək Mahmudlunun xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə açıq birincilik keçirilib. Astara, Lənkəran, Masallı, Cəlilabad, Salyan, Sabirabad, Bakı (“Arena”), Şirvan, Qusar, Gəncə və Biləsuvar komandalarının ümumilikdə 100-dən artıq  idmançısı turnirdə birinçilik uğurunda gərgin və maraqlı mübarizə aparıb. “Regionpress az” xəbər verir ki, turnirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin rəisi Aydın Yusifov, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəis müavini Emin Mustafayev, Azərbaycan Güləş Federasiyasının nümayəndəsi Tural Əliyev,  rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon sakinləri…

Read More