Cəlilabadda alça ağacı noyabrda bar verib-FOTO

Cəlilabadın Xanəgah kənd sakini Cəbrayıl Süleymanovun həyətyanı sahəsində qeyri-adi təbiət hadisəsi baş verib. “Regionpress.az” AZƏRTAC-a  istinadən  xəbər verir ki, payızın bu günlərində alça ağacı yenidən çiçəkləyib və meyvə verib. Ev sahibinin sözlərinə görə, alça ağacı 7 ildir ki əkilib. Bu meyvə ağacı yaz aylarında havalar istiləşəndə çiçəkləyir və yayda meyvəsi dərilir. Bu qayda ilə alça ağacları ildə bir dəfə bar verir. Son zamanlar havaların isti keçməsi səbəbindən ağaclar yenidən çiçəkləyib və bu il ikinci dəfə bar verib. Bu halın ilk dəfədir şahidi olduğunu söyləyən Cəbrayıl Süleymanov deyib: “Alça ağacının noyabr…

Read More

Kanalizasiya nasos stansiyası Biləsuvarda sakinləri çarəsiz duruma salıb – VİDEO

Biləsuvar şəhərinin Səməd Vurğun küçəsində yaşayan bir qism sakin evlərini tərk etmək zorundadır. “Regionpress.az” xəbər verir ki,  Xezerxeber.az-a danışan sakinlər  bunun səbəbini ətrafa yayılan dözülməz üfunətdə görürlər. Sakinlər bildiriblər ki, şəhərin kanalizasiya şəbəkəsinin tərkib hissəsi olan nasos stansiyası işə düşən gündən evlərində rahatlıqları pozulub. İndi nə yemək yeyə, nə də dincələ bilən sakinlər çarəni evlərini tərk etməkdə görürlər. Sakinlər hesab edirlər ki, nasos stansiyası bir neçə kilometr aralıda, sakinlərin daha az məskunlaşdığı yerdə quraşdırılmalı idi. Məsələ ilə bağlı Biləsuvar Su-Kanal İdarəsindən bildirilib ki, sözügedən nasos stansiyası ötürücü rol oynayır: “Orada işlər…

Read More

Evə basqın edib, qadını yaralayan  saxlanıldı

Masallı rayonunda quldurluq edən şəxs saxlanılıb. “Regionpress.az” xəbər verir ki, hadisə Masallı rayonunun  Qızılağac kəndində olub. Sakini olduğu kənddə evlərdən birinə basqın edən İntiqam Axundov ev sahibəsinə kəsici alətlə xəsarət yetirərək pul tələb edib. Ancaq o, məqsədinə nail olmadıqda hadisə yerindən qaçıb. Quldurluq əməlini törətməkdə şübhəli bilinən İ.Axundov Masallı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılıb. O, narkotiklə əlaqəli cinayətə və oğurluğa görə məhkumluq yaşayıb. Faktla bağlı araşdırma davam etdirilir.

Read More