Cəlilabadda “Vətən uğrunda ölərəm” kitabının təqdimatı olub

Cəlilabad rayon Veteranlar Təşkilatı Vətən müharibəsi şəhidi Əlikram Xanışovun “Vətən uğrunda ölərəm” kitabının təqdimat mərasimini keçirib.   “Regionpress.az” xəbər verir ki, rayon Veteranlar Təşkilatının təşəbbüsü ilə çap olunan kitabın redaktoru və ön sözün müəllifi təşkilatın sədri, yazıçı- publisist Ədalət Salmandır. Cəlilabad şəhər 3 saylı tam orta məktəbin geniş akt zalında təşkil edilmiş tədbirdə şəhid valideynləri, qazilər, Əmək və Müharibə veteranları, ictimaiyyət nümayəndələri, müəllim və şagirdlər iştirak ediblər. Tədbirdən öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad edilib. Cəlilabad Rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman Vətən müharibəsi şəhidi Əlikram Xanışovun…

Read More