Masallıda çayın kənarından avtomat aşkarlanıb

Masallı Rayon Polis Şöbəsinə Viləş çayının kənarından silah tapılması barədə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı həmin ərazidən 1 ədəd “AKS-74U” markalı avtomat aşkarlanaraq götürülüb. Bundan əlavə, Masallı RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində 9 nəfər rayon sakini müvafiq sənədləri olmadan qanunsuz olaraq saxladıqları ov silahlarını könüllü təhvil veriblər. Bu istiqamətdə tədbirlər davam etdirilir.

Read More

Qırmızı çuğundurun bilinməyən faydaları

  Türkiyənin Qazi Universitetinin alimləri qırmızı çuğundurun saç tökülməsi, psoriaz, ekzema, övrə, səpki, qaraciyər xəstəlikləri və bədəndə qaşıntının qarşısının alınmasında faydalı olduğunu bildiriblər. AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, vətəni Aralıq dənizi olan qırmızı çuğundur ehtiva etdiyi vitamin və minerallar baxımından sanki “enerji anbarı”na bənzəyir. Antioksidant təsirə malik olan qırmızı çuğundur bir sıra xəstəliklər zamanı faydalıdır. Dərini gözəlləşdirir, ürək xəstəliklərindən qoruyur, həzmi asanlaşdırır, mədə və bağırsaqların fəaliyyətinə müsbət təsir edir, qəbizliyi, mədə ağrısı və yanğısını aradan qaldırır. Qaraciyərin nizamlı işləməsinə yardım etməklə şəkər xəstəliyinin qarşısını alır. Qan azlığı və dəmir…

Read More

Biləsuvar məktəbləri və bağçalarında fəaliyyət istiqamətləri müzakirə olunub

Şirvan-Salyan Regional Təhsil İdarəsi Biləsuvar rayonunda tabeliyindəki müəssisələrin rəhbərləri ilə görüş keçirib. “Regionpress.az” xəbər verir ki, görüşdə Şirvan-Salyan-Regional Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli idarənin əməkdaşları,  sektorun tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin və məktəbəqədər təhsil müəssisələrinə rəhbərləri iştirak edib. Görüşdə məktəblərdə təlim-tərbiyə işinin təşkili,şagirdlərin dərsə davamiyyəti, buraxılış imtahanına hazırlıq vəziyyətləri, məktəbdə davranış qaydaları kimi mövzular müzakirə olunub. Sonda görüş iştirakçılarının sualları cavablandırılıb.

Read More

Usta işlədiyi evdə yıxılıb öldü

Biləsuvar rayonunda bədbəxt hadisə baş verib. “Regionpress.az” xəbər verir ki, hadisə Biləsuvar şəhərində qeydə alınıb. Belə ki, rayonun Amankənd kənd sakini 1959-cu il təvəllüdlü Babaxan Ərəstun oğlu Əliyev evlərdən birində təmir işi ilə məşğul olarkən  ölüb. Ev sahibinin sözlərinə görə, B.Əliyevin ölümünə səbəb hündürlükdən yıxılması  olub. Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır.

Read More