Röyalın heyvanlara olan sevgisi… və yaxud baytarlıq röyasına qovuşan gənc

“… Əkiz tayını kəsib itə  verdilər, yemədi, ancaq mən sağaltdım”  “Bir gün məni qoyunlara vaksin vurmağa aparmışdılar, tövləyə yaxınlaşanda təsərrüfatdan çıxdaş edilərək, kənarda saxlanılan qoyunu soruşanda, dedilər ki, çiçək xəstəliyinə yoluxub, o biri tayı da bu cür xəstə idi, kəsib itə atdıq, heç it də yemədi. Dedim ki, bunu mənə həvalə edin. Həmin sısqalmış qoyunu 10 günlük müalicəylə sağaltdım, artıq o müddətdən sonra iki bala da verib.” Sonradan tanıdığım, Röyal Bayramzadənin bu söhbətini eşidəndə istər-istəməz, ayaq saxlayıb, belə istedadlı gənc baytar həkimi tanımaq, onunla yaxından tanış olmaq həvəsi yarandı məndə.…

Read More

Lənkəranda qızılağacını qanunsuz əldə edənlər saxlanılıb

Lənkəranda qanunsuz yolla əldə edilmiş meşə materialları aşkarlanıb. “Regionpress.az” xəbər verir ki, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin və ETSN-nin Regional İdarəsinin əməkdaşlarının keçirdiyi birgə tədbirlərlə Lənkəran rayonunun Qurumba kəndi ərazisində E.Əmirova məxsus qanunsuz fəaliyyət göstərən taxta emalı sexinə keçirilən baxış zamanı qanunsuz yolla əldə edilmiş 5,5m³ həcmində qızılağac cinsli işlik meşə materialı aşkarlanıb. Bundan əlavə, rayon ərazisində keçirilən digər tədbirlərlə Ş.Əlizadəyə məxsus “Mercedes” markalı avtomobilin yük yerindən qanunsuz yolla əldə edilmiş 2,5m³ həcmində işlik qızılağac cinsli meşə materialı aşkarlanıb. Aşkarlanan hər iki faktla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə…

Read More

Vətən müharibəsi günlərində irəli sürülən ideya

 Ötən həftənin şənbə günü, noyabrın 25-də Biləsuvarda keçirilən gözəl bir festivalda qonaq kimi iştirak etdik və xoş, yaddaqalan anlar yaşadıq. Bu festivala qonaq kimi dəvət alarkən, heç bir tərəddüd etmədən müsbət cavab verdik. Yerli istehsalçılar öz əl işlərini festivalda sərgilədilər Çünki bəzi həmkarlarımın da qeyd etdikləri kimi şəhər və rayonlarda keçirilən bu cür mədəni-kütləvi tədbirlərdə iştirak əvvəla saf, təmiz, qonaqpərvər rayon insanları ilə görüşmək, söhbətləşmək imkanı yaradır. Festivalda rayonun hər bir kəndinin təmsilçiləri üçün belə çadırlar qurulmuşdu Digər tərəfdən bir, yaxud iki günlük Bakının tıxaclı, səs-küylü, gərgin iş rejimli həyatından…

Read More

Astarada polis məktəblilərlə görüşüb

Astarada polis məktəblilərlə görüş keçirib. Daxili İşlər Nazirliyinin Polis Akademiyasının və Astara Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Kakalos, Pensər və Şiyəkəran kənd tam orta məktəblərinin IX-XI sinif şagirdləri ilə görüş keçirilib. Çıxış edən Astara RPŞ-nin rəisi, polis polkovniki Azər Cəfərov, Polis Akademiyasının əməkdaşı, polis mayoru Asif Əhmədov, rayon təhsil sektorunun müdiri Vüqar Şahbazov və digər iştirakçılar bildiriblər ki, bu görüşlərin keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin təhsilə təşviq edilməsi, sağlam həyat tərzinin təbliği, eləcə də onlarda vətənpərvərlik hissinin daha da gücləndirilməsidir. Cəmiyyətimizin və güclü Azərbaycan dövlətinin işıqlı gələcəyi məhz…

Read More