Biləsuvarda GPON texnologiyası əsasında yeni rabitə şəbəkəsinin qurulması son mərhələdədir

Biləsuvar rayonunda rabitə infrastrukturunun təkmilləşdirilməsi, əhaliyə keyfiyyətli rabitə və yüksək sürətli internet xidmətlərinin göstərilməsi məqsədilə görülən işlər sürətlə davam etdirilir. “Regionpress.az” xəbər verir ki, bu sahədə 2023-cü ildə Biləsuvar şəhərində başlanılan işlərin yekunu olaraq ilin sonunda artıq şəhərin bütün küçələrində və yeni yaşayış massivlərində ev təsərrüfatlarını sürətli internetlə və dayanıqlı rabitə ilə təmin edən müasir GPON şəbəkəsi qurularaq əhalinin istifadəsinə verilib. Hazırda bu istiqamətdə bütün kəndlərdə kompleks işlərə başlanılıb. Kəndlərdə vətəndaşların informasiya-telekommunikasiya şəbəkəsindən dayanıqlı, təhlükəsiz və keyfiyyətli istifadə etmələri üçün ölkənin rəqəmsal transformasiya siyasətinə uyğun olaraq yeni nəsil avadanlıqlar quraşdırılır, layihələr…

Read More