Biləsuvarda avtomobil aşdı, xəsarət alanlar var

Biləsuvar rayonunda yol-nəqliyyat qəzası baş verib. “Regionpress.az” xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, İmişli rayonunun Sarxanlı kənd sakini 1992-ci il təvəllüdlü Əsədov Amil Ramiz oğlunun idarə etdiyi “Mercedess” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəzada sürücü, sərnişini qismində olan  həmkəndliləri 1996-cı il təvəllüdlü Nicat Telman oğlu Tarverdiyev və 1991- cı il təvəllüdlü  İsmayıllı Murad Zahir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatırılıb. Faktla bağlı  araşdırma aparılır.

Read More

Biləsuvarda yanğın olub

Biləsuvar rayonunda yanğ hadisəsi olub. “Regionpress.az” xəbər verir ki, hadisə rayonun Bağbanlar kəndində  baş verib. Belə ki, kənd sakini Əhmədov Fərzəli Ağamməd oğluna  məxsus  həyətyani sahədə yerləşən yardımçı tikili alovlanıb. Hadisə yerinə vaxtında gələn Biləsuvar rayon yanğından mühavizə bölməsinin əməkdaşları yanğının genişlənməsinin qarşını alıb. Ümumi sahəsi 90 m2 olan yardımçı tikilinin 6 m2 çardaq hissəsi və burada yığılmış 750 kq ot kipinin 250 kq-ı yanıb. Xoşbəxtlikdən yanğın xəsarətsiz ötüşüb. Faktla bağlı araşdırma aparılır.

Read More