Polislərimizdən fədakarlıq – Foto

Dövlət Yol Polisinin (DYP) əməkdaşları həyatı təhlükədə olan Biləsuvar rayon sakininin köməyinə çatıb. “Regionpress.az” xəbər verir ki, hadisə bu gün rayonun Ağalıkənd kəndində olub. Belə ki,  sözügedən kənd sakini İmanova İlkanə Rüstəm qızının qəfildən xəstəliklə əlaqədar halı pisləşib. Xidiməti vəzifələrinin icrası ilə əlaqədar ərazidə olan Biləsuvar Rayon Polis Şöbəsi DYP  bölməsinin əməkdaşları tibbi yardıma təcili ehtiyacı olan gənc xanımı xəstəxanaya zamanında çatdırıblar. Həkimlərin yarımından sonra İ.İmanovanın həyatı təhlükəsi aradan qaldırılıb. Pasiyentin doğması Samik Mustafayev bildirib ki, əmim qızının həyatı təhlükə ilə üz-üzə qalması bizi bərk həyacanlandırmışdır. Mən özüm onu maşınımla…

Read More

Ahıllar səyyar xidmətdən yararlanıbıb

Sosial Xidmətlər Agentliyinin  sosial-məişət xidmətindən ahıl insanlar yararlanıb. “Regionpress.az” xəbər verir ki, Agentliyi tərəfindən evdə (səyyar) sosial-məişət xidməti göstərilən ahılların asudə vaxtının səmərəli təşkili məqsədilə tədbir keçirilib. Agentliyin Lənkəran – Astara regional filialının və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə təşkil edilən tədbirə Lənkəran, Astara, Yardımlı, Cəlilabad və Masallı rayonlarından olan 30 ahıl cəlb edilib. Görüşdə ahıllarla səmimi söhbət olunub, agentlik əməkdaşları ilə birlikdə təbiət qoynunda xoş bir gün keçiriblər.

Read More