Biləsuvarda 76 yaşlı qadın intihar edib

Biləsuvar rayonunda intihar hadisəsi qeydə alınıb. “Regionpress.az” xəbər verir ki, hadisə ötən gün rayon ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün tikilmiş 2 saylı qəsəbədə  qeydə alınıb. Belə ki, Cəbrayıl rayonun Böyük Mərcanlı kənd sakini 1948-ci il təvəllüdlü Şamama Əfəndiyeva özünü asıb. Qeyd edək ki, Əfəndiyeva Şamama Məhəmməd qızı  şəhid anasıdır. Səhətindəki narahatçılığa görə qızı onu yanında müvəqqəti saxlayırmış. O, özünü yardımçı tikilinin qarşısında yaylığı ilə asıb. Faktla bağlı araşdırma aparılır.

Read More

Baş Prokurorluğun təşkilatçılığı ilə Astarada təmizlik aksiyası keçirilib

Ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Baş Prokurorluğun təşkilatçılığı ilə Astara rayonunda təmizlik aksiyası keçirilib. “Regionpress.az” xəbər verir ki, Xəzər dənizinin sahilində baş tutan aksiyada Baş Prokurorluğun, eləcə də Astara, Lənkəran, Masallı, Lerik və Yardımlı rayon prokurorluqlarının əməkdaşları,  Astara Pedoqoji Kolleci və Astara rayon Gənclər idarəsinin könüllüləri iştirak edib. Tədbir zamanı zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları tərəfindən 4 hektara yaxın sahil zolağı plastik və digər məişət tullantılarından təmizlənib, toplanmış tullantılar aidiyyəti üzrə təhvil verilib.

Read More

Aparılan birgə səylər Mübariz Təhsil Kompleksində bu il də məzunları böyük hədəflərə kökləyib

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksi öncəki illərin ənənəsinə sadiq qalaraq 2023-2024-cü tədris ilində də uğurlu fəaliyyəti ilə fərqlənmişdir. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən bu ilki buraxılış imtahanlarında məzunlar yüksək təlim nailiyyətləri əldə etmişdir. Belə ki, imtahanda iştirak edən Kompleks şagirdlərinin yekun təlim nəticələri ümumi orta faiz üzrə 79%, ümumi orta bal üzrə isə 236 bal olmuşdur. İmtahanda iştirak edən şagirdlərimizin 83% -i isə 200 baldan yuxarı nəticə göstərmişdir. İmtahanda yüksək nəticə əldə etmiş şagirdləri və bu nəticələrin əldə edilməsində əvəzsiz rolu olan müəllimləri təbrik edir, onlara…

Read More