Maşalla Əliyevin 70 illik yubileyi münasibətilə tədbir keçirildi

Cəlilabad rayon Veteranlar təşkilatı “Qarabağ qaziləri” İctimai birliyinin Cəlilabad rayon bölməsinin sədri Maşalla Əliyevin 70 illik yubileyi münasibətilə tədbir keçirdi. “Regionpress.az” xəbər verir ki, tədbirdən öncə torpaqlarımızın azadlığı uğrinda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi hörmət və ehtiramla yad edildi. Rayon Veteranlar təşkilatının sədri, şair-publisist Ədalət Salman Qarabağ müharibəsi qazisi, iki ayağını da döyüş cəbhəsində itirmiş Maşalla Əliyevin gənclərimizə örnək olan həyat və döyüş yolundan danışdı, onun məktəbli gənclərin vətənpərvər ruhda tərbiyəsində göstərdiyi müstəsna xidmətlərini xüsusilə vurğuladı. O, yubilyara Veteran Təşkilatının Fəxri fərmanını və hədiyyələr təqdim etdi. Tədbirdə Azərbaycan Yazıçılar…

Read More

Ürək cavandır hələ…

Olur ki, biz media işçiləri sözdən israfçılıqla istifadə edirik. Qəhrəmanımıza layiq olduğundan artıq don geydiririk. Hesab edirəm ki, belə də hörmətli oxucularımız bizdən çox vaxt incik düşür. Naxçıvan Muxtar Respublikasının və Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Akademik Musiqili Teatrın direktoru Əliqismət Lalayev haqqında bu qeydləri gecənin  bir aləmində qeydə almağa başlayanda, nədənsə, ilk xatırladığım bunlar oldu. Görəsən 68 illik ömrünün demək olar ki, yarım əsrdən çoxunu Teatr sahəsinə həsr etmiş bu yüksək ziyalının ömür yoluna işıq sala biləcəyəmmi? Zəngin həyat yolu keçmiş Əliqismət müəllim…

Read More