Prezident İlham Əliyevin Hacıqabul, Gəncə və Qəbələyə səfəri yalnız işğaldan azad olunmuş ərazilərin yox, ölkəmizin hər bir guşəsinin diqqət mərkəzində olduğunu göstərir

Azərbaycanda mövcud iqtisadi potensialın əhəmiyyətli hissəsinin Qarabağ və Şərqi Zəngəzurda quruculuq və bərpa prosesinə, habelə Böyük Qayıdışa sərf edilməsi fonunda Prezident İlham Əliyevin Hacıqabul, Gəncə və Qəbələyə növbəti səfəri yalnız işğaldan azad olunmuş ərazilərin yox, ölkəmizin hər bir guşəsinin diqqət mərkəzində olduğunu göstərir və uzunmüddətli dövrdə iqtisadi artımın sağlam və tarazlığının təmin edilməsi istiqamətində mühüm addımdır. “Regionpress.az” xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov söyləyib. Onun sözlərinə görə, Prezident İlham Əliyev fəaliyyətində, xüsusən güclü və müstəqil iqtisadiyyat quruculuğunda şaxələndirmə həmişə mühüm prioritet kimi diqqət çəkib. “Özünün…

Read More

Biləsuvarda “Kalaşnikov” avtomatı gəzdirən şəxs saxlanılıb

Bərdə rayon sakini Biləsuvarda avtomat silahı ilə saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Regionpress.az”a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz odlu silah gəzdirməkdə şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Daşqın Əzizov saxlanılıb. Ona məxsus idman çantasından 1 ədəd “AKS-74” markalı avtomat silahı aşkarlanaraq götürülüb. Faktla bağlı Biləsuvar RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə D.Əzizov barəsində həbs qətimkan tədbiri seçilib.

Read More